Arlan neft yatağı (başq. Арлан нефть ятҡылығы) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının ərazisində olan neft yatağı[1].
Paytaxt olan Ufa şəhərindən 125 km şimal-qərbdə, Volqa-Ural neftli-qazlı hövzəsində yerləşir[1]. Sahəsi 2,3 min km2-dir[1]. 1955-ci ildə kəşf olunmuşdur[1]. Yataq çoxlaylıdır, 0,8–1,3 km dərinlikdə, Alt və Orta Karbon yaşlı süxurlardadır[1]. Burada neftin sıxlığı 0,88–0,89 kq/m³, tərkibində kükürdün miqdarı 2,4–3,6 %-dir[1].