Arqo – müəyyən təbəqənin şərti dilidir. Bu dildən hamı tərəfindən qəbul edilmiş əxlaq və mənəviyyatı, yaxud qanunları tez-tez inkar edən müəyyən sosial qruplar arasında istifadə olunur. Arqo bəzən cəmiyyətdə, mühitdə rast gəlinən nihilizmlə mübarizədə real həyatın təmsilçisi kimi nüfuzlu mövqedən istifadə edir. Jarqonla qarşılıqlı təsirdə olaraq onun leksik ehtiyatından daim bəhrələnir. Bu dil vasitəsilə müəyyən peşə, alət, vərdişlərin adlandırılması ilə bağlı çoxlu sayda sözlər yaranmışdır. Üzüyola danışıq tərzi Arqoda başlıca məqsədə çevrilir. Xüsusi leksikası ilə ümumxalq dilindən fərqli olur. Müxtəlif arqolardan ədəbi dilə keçmiş söz və ifadələr (arqotizm) ümumi nitqdə işlənir. Arqo leksikası 4 yerə ayrılır: