Arsava — e.ə. XV əsrin sonundan XII əsrin əvvəllərinə qədər qərbi və cənub-qərbi Anadoluda (indiki Türkiyə) mövcud olmuş qədim dövlət.
Tarixi dövlət | |
Arsava | |
---|---|
|
Arsava het yazılarında Het dövlətinin əsas əleyhdarlarından biri kimi qeyd olunur. Paytaxtı (ən azı krallığın son illərində) Apaşa (indiki Efes) şəhəri idi.[1]
Axeylərlə müttəfiq olan Arsava hökmdarı Uhhasiti hetlərə məğlub oldu və axeylərin nəzarətindəki adalara (ehtimal olunur ki, Krit) qaçmışdır. Kritdə Minoy və sonra Mikena sivilizasiyalarının dağılmasından sonra Arsava "dəniz xalqları" tərəfindən məhv edilmişdir.[1]