Art pank (bədii pank) qaraj rokundan əmələ gələn və həmyaşıdı pank rokun alt janrı olmaqla, ondan daha mürəkkəb mahnı quruluşuna sahib musiqi janrıdır. [1] Bu janrda ifa edən qruplar pankın sadə, sərt və azad ruhlu estetikasını qoruyur, lakin pab rokunun pərəstişkarları olan qəzəbli, işçi sinifindən başqa tamaşaçılara da çata bilib. [2]
Art Pank | |
---|---|
Art Punk | |
Mənbəsi | Pank rok |
Yarandığı dövr | 1970-ci illər |
Ölkə | ABŞ, Böyük Britaniya |
1970-ci illərin rok musiqisində “incəsənət və bədii” sözlərinin anlamı daha çox ya “aqressiv avanqard” və ya “iddialı proqressiv” mənasında başa düşülürdü. [3] Musiqişünaslar Saymon Frit və Hovard Horne 1970-ci illərin pank qruplarının menecerlərini "art pank hərəkatının ən bəlağətli nəzəriyyəçiləri" kimi təsvir edirlər, misal üçün Bob Lastın "Fast Product" şirkəti marketinqdə incəsənət nəzəriyyəsini ilk tətbiq edənlərdən biri oldu, və Toni Uilsonun "Factory Records" səsyazma şirkəti "bütün istehsal etdikləri mallara "eyni görünüşlü" Bauhaus prinsipini tətbiq edən" kimi təsvir edilmişdir. [4] "Wire" qrupunun gitaristi Kolin Nyuman 2006-cı ildə art pankı "bütün nəslin seçdiyi dərman" kimi təsvir etdi. [5]