Artemida Məbədi

Artemida məbədi, Artemision — e.ə. V əsrdə Kiçik Asiyadakı yunan şəhəri Efesdə memar Xersifronun layihəsi ilə inşa edilmiş Efesli Artemidanın məbədi. Artemision qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri hesab edilirdi.

Artemis Məbədin İstanbuldakı miniatürü
Artemida məbədinin 1877-ci ildə çəkilən planı

Bizanslı Filon "Babilin Asma Bağlarını, Olimpdə Zevsin heykəlini, Rodos Nəhəngini, yüksək Misir piramidaların qüdrətini və Mausoleusun məzarını gördüm. Amma buludlara doğru ucalan Efesdəki məbədi gördükdə, digərlərinin hamısının kölgədə qaldığını hiss etdim" deyə yazmışdır.

Tanrı Artemis adına ilk türbə e.ə. 800-cü illərdə Efesdəki nəhrin yaxınlığındakı bataqlıq sahildə qurulmuşdur. Bəzən Diana da deyilən Efes tanrısı Artemida, yunan Artemidası ilə eyni deyildir. Yunan Artemidası ov tanrısıydı. Efes Artemidası isə belindən çiyinlərinə qədər bərəkət və doğruluq tanrısıydı.

Bu qədim məbəddə tamamilə yupiterdən düşən bir meteorit olduğu təxmin olunan müqəddəs bir daş vardı. Məbəd, sonrakı yüzilliklərdə bir neçə dəfə dağıdılmış və yenidən inşa edilmişdir. M. Ö. 600-cü illərdə Efes böyük bir ticarət limanı şəhərinə çevrildi və Chersiphron adlı bir memar yüksək daş sütünları olan yeni və böyük bir məbəd inşa etdi.

Lidya kralı Croesus, M. Ö. 550-ci ildə də Efesi ve Anadoludakı digər yunan şəhərlərini fəth etdi. Bu döyüş zamanı məbəd dağıdıldı. Croesus, memar Theodorusa əvvəlkilərin hamısını kölgədə qoyan yeni bir məbəd tikdirdi. Yeni məbəd əvvəlkindən 4 mərtəbə, 90 metrə yüksəklikdə ve 45 metrə enlikdə böyük idi. Məbədin damı yüzdən çox daş sütunla dəstəklənirdi.

M. Ö. 356-cı ildə Herostratus adlı biri tərəfindən törədilən yanğın nəticəsində yanıb dağılır. Bundan qısa zaman sonra isə dövrünün ən tanınmış heykəltəraşı olan Skopaslı Paros tərəfindən yeni bir məbəd tikilir. Romalı tarixçi Plinyə görə yeni məbəd 130 metrə uzunluqda və 68 metrə enlikdə idi. Tavanı, yüksəkliyi 18 metrə olan 127 ədət sütun dəstəkləyirdi. İnşaat 120 il sürmüşdü. Makedoniyalı İsgəndər M. Ö. 333-cü ildə Efesə gələndə məbədin inşası hələ də davam edirdi. Yeni məbəd, yunan məbədləri içərisində o zamana qədər tikilən ən böyük tikinti idi. Məbədin başqa xüsusiyyəti onun tamamilə mərmərdən tikilməsi idi.

Eramızın 57-ci ilində Müqqəddəs Paul xristianlığı yaymaq üçün Efesə gəldi. O, o qədər uğurlu oldu ki bundan sonra şəhərin dəmirçisi ve məbəddəki heykəllərin sahiblərindən birisi olan Demetrius böyük bir qorxuya düşdü. Çünkü Demetrius məbəddəki heykəllərin bir qisminin sahibiydi və hər il məbədə hacca gələnlərdən yaxşı bir gəliri vardı ve insanların dinini dəyişdirməsi demək olar ki onun qazancını əlindən alırdı.

Digər insanları da ətrafına yığan Demetrius həyəcanla və "Yaşasın Efeslilərin Artemisi" deyərək bütün xalqı öz ətrafına toplayır və dərhal Müqəddəs Paulun yardımcılarından ikisini tuturlar. Bunun ardınca üsyan baş verir. Nəticədə Müqəddəs Paul tutulmuş köməkçiləri ilə birlikdə Makedoniyaya qayıdır.

262-ci ildə qotların basqınları zamanı böyük Artemis məbədi yandırılıb dağıdılır. Yüz ildən sonra Roma İmparatoru Konstantin şəhəri yenidən inşa etdirdi. Ancaq xristian olduğu üçün məbədi bərpa etdirmir. Konstantinin cəhdlərinə baxmayaraq Efes əvvəlki günlərinə qayıda bilmir. Çünkü gəmilərin saxlandığı liman yoxa çıxmışdı. Zamanla şəhər sakinləri şəhəri tərk edirdilər. Məbədin qalıqları başqa tikintilərdə və heykəllərin tikintisində istifadə olunurdu.

John Turtle Wood 1863-cü ildə məbədi araşdırmağa başladı. 1869-cu ildə 6 metrə dərinlikdə, palçığın içində məbədin sütunlarını tapır. Tapdığı bəzi heykəlləri və bəzi qalıqları Britaniya Muzeyinə aparır. 1904-cü ildə də yenə həmin muzeydən D. G. Hograthın başçılığı altında bir qrup qazıntıları davam etdirir. Və ərazidə bir-birinin üzərində tikilmiş 5 qalıq tapırlar.

Bu gün gələn turistlərə məbədin yerini göstərmək üçün bataqlıq vəziyyətində olan bölgəyə sadəcə bir sütün basdırılmışdır. Qollarını iki yana açmış, düz duran bir tanrının yunan üslubuna oxşamayan bir tərzdə tikilmiş məşhur Artemis heykəlinin qalıqları dövrümüzə qədər gəlib çatmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]