Artemio Franki

Artemio Franki (22 yanvar, 1922 - 12 avqust, 1983) - İtaliyanın məşhur idman funksioneri

Artemio Franki
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (61 yaşında)
Vəfat yeri
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Fəaliyyəti idman rəsmisi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İtaliyanın məşhur idman funksionerlərindən Artemio Franki öz istedadını nəinki Apennin miqyasında eləcə də, beynəlxalq arenada göstərə bilmişdi. Bir müddət "Fiorentina"da çalışan təşkilatçı tədricən renomesini artıraraq, ölkənin yuxarı futbol dairələrinə doğru voyajına start verir. Federasiyanın rəhbərliyinə kimi qalxan Frankinin səriştəsi onun FİFA-nın vitse-prezidenti seçilməsini təmin edir. 1973–1983-cü illər arasında UEFA başqanı vəzifəsində çalışan futbol xadiminin uzun müddət Avropanın ali qurumuna rəhbərlik edəcəyi təxmin edilirdi. Lakin Frankinin avtoqəza nəticəsində dünyasını dəyişməsi bütün perspektivlərin üstündən xətt çəkdi. Onun kalço qarşısındakı əvəzsiz xidmətləri bü gün hamı tərəfindən qəbul edilir. 1960-cı illərin ortası italyan futbolunun dirçəməsi istiqamətindəki görülən layihələr ilk növbədə Frankinin personası ilə əlaqələndirilir. O zaman İFF prezidenti Avropa çempionatının ölkəsində keçirilməsini təmin etmiş, "Squadra Azzurra"nın beynəlxalq imicini bərpa etməsinə nail olmuşdu. Hal-hazırda İtaliyanın 2 stadionu - Florensiya və Sienada yerləşən arenalar onun adını daşıyır. Bununla yanaşı Apennində yerləşən bir çox idman qurğuları, məktəblər əfsanəvi prezidentin tarixi xidmətlərinin maddi daşıyıcısı kimi mövcuddurlar.

  1. https://www.iltesorodisiena.net/2015/08/12-agosto-1983-artemio-franchi-muore-in.html.