Artuş və Zaur (roman)

Artuş və ZaurƏli Əkbərin romanı. Roman erməni mənşəli olan Artuş və onun Azərbaycan mənşəli sevgilisi olan Zaurun sevgi hekayəsindən, cütlüyün Qarabağ münaqişəsi fonunda üzləşdikləri çətinliklərdən bəhs edir.[1] Kitab 2012-ci ildə Hollandiyada çap olunaraq satışa çıxarılmışdır.[2][3]

Artuş və Zaur
Janr LGBT ədəbiyyatı[d]
Müəllif Əli Əkbər
Orijinal dili Azərbaycan dili
Nəşr ili 2009

Artuş

Zaur — Azərbaycan əsilli jurnalist, QHT nümayəndəsi və Zaurun sevgilisi.[4]

Qarabağ münaqişəsindən əvvəl Bakıda eyni məktəbdə oxuyan Artuş və Zaur bir-birlərinə seksual istək duysalar da, bunu uzun müddət gizlədirlər. Qarabağda hadisələr baş verdikdə bir çox ermənilər Bakını, ümumiyyətlə Azərbaycanı tərk edəndə Artuş və Zaur istəmədən ayrılmalı olurlar. Ancaq illər sonra Gürcüstandakı QHT-lərin yığıncağında yenidən görüşmə imkanı əldə edirlər. Yenidən ayrılmalı olsalar da, bundan sonra tez-tez bir-birləri ilə əlaqə saxlayırlar.

Artuş güləş komandasının tərkibində Bakıya gəlir və Zaurla görüşür. İkili belə davam edə bilməyəcklərini anlayıb Qız qalasından özlərini ataraq intihar edirlər.

  1. "https://www.goodreads.com - Artuş və Zaur. İstifadə tarixi:17.05.2024". 2024-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-17.
  2. "https://www.azadliq.org - "Artuş və Zaur" Hollandiyada çap edildi. İstifadə tarixi: 17.05.2024". 2024-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-17.
  3. "https://kultura.az - "Artuş və Zaur" Hollandiyada çap edildi. İstifadə tarixi: 17.05.2024". 2024-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-17.
  4. "https://www.kitabyurdu.org - Artuş və Zaur. İstifadə tarixi - 17.05.2024". 2024-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]