Arundhati Roy (24 noyabr 1961, Assam) - Hindistan yazıçısı. Müharibə eləhinə yazılmış əsərləri ilə tanınmaqdadır. Ən məşhur əsəri "Kiçik Şeylərin Tanrısı" (The God of Small Things) adlı romanıdır.
Arundhati Roy | |
---|---|
Suzanna Arundhati Roy | |
| |
Doğum tarixi | |
Doğum yeri | Şilonq, Assam, Hindistan |
Vətəndaşlığı | Hindistan |
Milliyyəti | hindli |
Təhsili | |
Fəaliyyəti | ədəbiyyat, pasifist |
Fəaliyyət illəri | 1996 - h.h. |
Əsərlərinin dili | ingilis, hindu. |
Janr | roman |
İlk əsəri | "Kiçik Şeylərin Tanrısı" |
Mükafatları |
Buker mükafatı - 1997 Lanan Mədəni Azadlıq mükafatı - 2002 Sidney Sülh mükafatı - 2004 |
Vikianbarda əlaqəli mediafayllar |
24 noyabr 1961-ci ildə Hindistanın Assam əyalətinin Şilonq şəhərində xristian ananın və hind atanın qızı kimi anadan olmuşdur. Aymanam kəndində anasının idarə etdiyi məktəbdə oxudu. 16 yaşında evini tərk etdi. Dehli Memarlıq Məktəbində oxudu, amma heç vaxt memarlığı sevmədi. Sonra məktəbdə oxuyan biri ilə evləndi. Daha sonra Beynəlxalq Şəhər İşləri Dairəsində işləməyə başladı. İtaliyaya getdikdən sonra yazıçı olmağa qərar verdi. İkinci həyat yoldaşı ilə birlikdə bir televizor kanalı üçün, Hindistanda tələbələrin həyatından bəhs edən və Fulan Deyvi haqqında çəkilən filmlər üçün senari yazdı. Son əsəri məhkəməyə verildi və idman müəllimi oldu. Bu zaman romanını yazmağa başladı. Uşaqlarından ilham aldığı bu romanını 5 il içində 1996-cı ildə tamamaladı.
1997-ci ildə yazdığı ilk və tək romanı "Kiçik Şeylərin Tanrısı" İngiltərədə Buker mükafatını qazandı və bu mükafata layiq görülən ilk hindli qadın oldu.
"Küçədəki İnsanın İmperatorluk Bələdçisi" , "Ya çək dəftərini, ya da Kruz raketini" adlı kitabları da da siyasi mövzu daşıyır.
2002-ci ildə Lanan Mədəni Azadlıq mükafatı, 2004-cü ildə Sidney Sülh mükafatını qazanmışdır.