Arxaizm

Arxaizm — köhnəlmiş, yaxud istifadədən çıxmış söz, ifadə, qrammatik forma.

Arxaizmlər xalq dilində indi də işlənir. Dilin lüğət tərkibində xalqın tarixi əks olunur. Sözlər elmdə, texnikada, mədəniyyətdə baş verən dəyişikliklərin, tarixi hadisələrin canlı şahidləridir. Zaman keçdikcə bəzi məfhumlar dəyişir, yox olur və belə məfhumları bildirən sözlər də köhnəlir, öz ümumişlək xüsusiyyətini itirir. Belə sözlər köhnəlmiş sözlər adlanır. Köhnəlmiş sözlər iki yerə bölünür: arxaizmlər, tarixizmlər.

Arxaizm deyəndə bu gün işlənməyən sözlər nəzərdə tutulur. Söz özü dildən çıxmış, həmin sözlərin əvəzinə onların mənasını verən sözlər yaranmışdır. Yəni anlayış qalır, onu ifadə edən söz dəyişir. Arxaizmlər adətən aradan çıxan məişət əşyalarının adından ibarət olur. Məsələn: ayıtmaq (demək), əsən (sağ, salamat), uçmaq (cənnət), ayaq (qədəh), nəsnə (əşya), us (ağıl) və s.[1] Arxaizmlər müasir dildə az işlənən və köhnə adət-ənənə, həyat tərzi ilə bağlı sözlərə deyilir. Məsələn traktorların tətbiqindən əvvəl əkinçilikdə işlənən xış, xırman, vəl kimisözlər müasir dil baxımından arxaizm sayıla bilər. Nəsr əsərində qədim dövrləri və o zamanların məişətini təsvir edəndə arxaizmlərdən istifadə etmək qaçılmaz olur.[2] Arxaizmlər adətən aradan çıxan məişət əşyalarının adından ibarət olur.[2]

Tarixizm: komendant, xış, dinar, baqqal, vəzir, komsomol, pioner, katta, darğa, qaraduvay, feodal, naçalnik, pristav, sovet, şahı, mac, çuka, kolxoz, konka, girkənkə, şahı, abbas, xurcun, toppuz, təhnə, güyüm, dəli.[3] [4]

  1. "Arxivlənmiş surət". 2021-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-21.
  2. 1 2 Rəhim Əliyev. "Arxaizm və neologizmlər" (aze). azkurs.org. 10.07.2017. İstifadə tarixi: 2021-02-27.[ölü keçid]
  3. https://kayzen.az/blog/Az%C9%99rbaycan-dili/466/leksika-2.html (#bare_url_missing_title). 2022-06-18 tarixində arxivləşdirilib.
  4. https://az.scienceforming.com/10779649-what-is-archaism (#bare_url_missing_title). (#archive_missing_date) tarixində [az.scienceforming.com arxivləşdirilib] (#bad_url).

Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.