"Arxalı canavar" — Elxan Elatlı tərəfindən yazılmış roman.[1] Roman 2010-cu ildə iyun-sentyabr aylarında qələmə alınmışdır.
Arxalı canavar | |
---|---|
Arxalı canavar | |
Müəllif | Elxan Elatlı |
Janr | Detektiv |
Orijinalın dili | Azərbaycan dili |
Ölkə | Azərbaycan |
Nəşriyyat | Elgün nəşr-çap evi |
Nəşr | 2016 |
Səhifə | 208 |
Növ | kitab |
ISBN | ISBN 978-9952-44-709 |
Roman bir-birini sevən iki gəncin qısa dialoqu ilə başlayır. Sonda onlar qərarlaşdırırlar ki, Cavid əsgərliyə getməmişdən öncə rayona gedəcək və onlar son dəfə orada görüşəcəklər. Hər şey onların oradakı görüşündən sonra başlayır.
Selcanın evdən çıxaraq qayıtmaması və eyni gündə Cavidin dənizdə boğulması bəzi suallar doğurur. Selcanın babası polkovnik Baratov çox sevdiyi nəvəsinin tapılması üçün ən yaxşı agenti Leopardı və cinayət axtarış eksperti Qanbay Qasımlını məsələdən agah edərək xahiş edir ki, qızın adının çox çəkilməməsi şərtilə onun tapılmasına kömək etsinlər. Müəllifin əvvəlki əsərlərindən oxucuların rəğbətini qazanmış qəhrəmanları - Qanbay Qasımlı ilə Leopard ilk və son dəfə görüşürlər.
Xəbərdarlığın sonu