Arxeoqrafiçeskiy yejeqodnik

"Arxeoqrafiçeskiy yejeqodnik" (rus. Археографи́ческий ежего́дник; mənası – "Arxeoqrafiya illiyi") — Rusiya Elmlər Akademiyasının Arxeoqrafiya Komissiyasının illik nəşri. Burada arxeoqrafiya, mənbəşünaslıq və köməkçi tarixi fənlər, sənədlərin icmalları və fərdi mənbələrə dair məqalələr dərc olunur.

Arxeoqrafiçeskiy yejeqodnik
Dil rus dili
annales.info/sbo/contens…

Tarixi[redaktə | mənbəni redaktə et]

1956-cı ildə akademik Mixail Tixomirovun təşəbbüsü ilə SSRİ Elmlər Akademiyası nəzdində Arxeoqrafiya Komissiyasının bərpasından sonra 1957-ci ildə "Arxeoqrafiçeskiy yejeqodnik"in çapına hazırlıq işlərinə başlanılmışdır. Nəşri məsul redaktorları M. N. Tixomirov (1957–1965), SSRİ Elmlər Akademiyası müxbir üzvü V. İ. Şunkov (1965–1967), tarix elmləri doktoru S. O. Şmidt (1968-2013), Rusiya Elmlər Akademiyası müxbir üzvü S. M. Kaştanov (2013-cü ildən).

Redaksiya heyətinin hazırkı tərkibinə tarix elmləri namizədi Y. V. Andryuşinayte, Rusiya Elmlər Akademiyası müxbir üzvü V. P. Kozlov, tarix elmləri namizədi A. V. Melnikov (müavin cavab. redaktor), tarix elmləri doktoru R. Q. Pixoya, tarix elmləri namizədi V. A. Çernık, tarix elmləri namizədi S. V. Çirkov və tarix elmləri doktoru Y. N. Şveykovskaya daxildir.[1]

Mükafatlar[redaktə | mənbəni redaktə et]

  • 1977-ci ildə Beynəlxalq Kitab Sərgisində birinci mükafata layiq görülmüşdür.
  • 2012-ci ildə akademik D. S. Lixaçyov adına mükafata layiq görülmüşdür.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Редколлегия «Археографического ежегодника»". 2018-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-30.
  2. "Премию им. академика Д. С. Лихачева 2012 года получил «Археографический ежегодник»". 2012-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-10.

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]