Arxitektor Boldırevin binası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bina Novoçekassk şəhəri Krasnoarmeysk küçəsi, ev 18 ünvanında yerləşir[1].
Arxitektor Boldırevin binası | |
---|---|
rus. Дом архитектора Болдырева | |
47°24′55″ şm. e. 40°05′53″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Novoçerkassk |
Tikilmə tarixi | 1905 |
Vikianbarda əlaqəli mediafayllar |
Binanın sahibi və layihəsinin müəllifi arxitektor Sergey İvanoviç Boldırev olmuşdur. Sənətinə görə o, mühəndis idi. Onun haqqında 1900-cu il qeydlərində bildirilir. O, titul məsləhətçisi, daha sonradan isə saray məsləhətçisi olmuşdur. Vizbesenski kilsəsinin tikilmə işlərinə rəhbərlik edənlərdən biri olmuşdur. Bu tikilini 1903-cü ildə inşasına başlamışlar ancaq tikinti işləri 1905-ci ildə başa çatmışdır[2]. Oda məlum idi ki, onu general Belyavski ilə qohumluq əlaqələri birləşdirirdi. O, Krasnoarmeysk küçəsi 15 ünvanında yaşayırdı. Boldırev həm də Rus-Asiya bank binasının arxitektoru olmuşdur. Bu bina isə 1905-ci ildə keçmiş pionerlər binasınln yerində ucaldılmışdır[3]. Seqey İvanoviç arxitektor Q. İ. Korotçenkov, Y. İ. Korotçenkov, rəssam İvam İvanoviç Krılov və skripkaçı K. İ. Dumçevlə dostluq edirdi.
Arxitektor ümumilikfə şəhərdə 25 bina inşa etmişdir. Üstəlik o, özü yaşadığı Krasnoarmeysk 18 ünvanında yerləşən binanıda özü layihələndirmiş və inşa etdirmişdir. Bina 1905-ci ildə inşa edilmişdir. 1914-cü ildə binaya fliqel əlavə edilmişdir ki, buradada Nadejda Vasilevna Salnikova yaşamışdır. Onun əri Q. M. Salnikov 1938-ci ildə sürgün edilmişdir[4].
1992-ci ildə bina regional əhəmiyyətli mədəni irs siyahısıba daxil edilmişdir[1]. Üstəlik oda məlumdur ki, burada binanın birinci sahibinin nəvəsi Tatyana Borisovna Boldıreva yaşamışdır.
Bina iki mərtəbəfən ibarətdir[5]. Bununla belə dekorativ baxımdan elə də seçilmir.