Bu məqalə qaralama halındadır. |
Asəf Abid oğlu Ağayev (05 aprel 1990, Qax , Azərbaycan — 17 dekabr 2020, Xocavənd, Azərbaycan) – Azərbaycan hərbçisi.
Ağayev Asəf Abid oğlu 1993-cü il, noyabrın 24-də Qax şəhərində anadan olub. 2000-ci ildə Qax rayonunda orta məktəbə gedib. Onun uşaqlıqdan hərb işinə böyük marağı vardı. Buna görə də, anasının ürəyindən olmasa da, 9-cu sinfi bitirdikdən sonra 3 il Cəmşid Naxçıvanski adına hərbi liseydə oxuyub. Hərbi liseyi yüksək nəticə ilə bitirdikdən sonra Heydər Əliyev adına Bakı Ali Hərbi Akademiyasına daxil olub. Oranı da müvəffəqiyyətlə başa vurduqdan sonra 5 dil bilən Asəf Azərbaycanın Ordu sıralarında xidmət etməyə başlayıb.[1]
Azərbaycan Ordusunun zabitinin atası Abid Ağayev Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Vətən müharibəsinin ilk günlərindən başlayaraq, Füzulidən Şuşaya qədər döyüş yolu keçən Asəf üçün ailəsi qurban da kəsmişdi müharibədən sağ-salamat çıxdığı üçün. 16 dekabrda məzuniyyətlə evlərinə qayıtmalı imiş. Amma ermənilərin həyata keçirdiyi təxribat onun yenidən vəzifəsinin başına qayıtmasına səbəb oldu. Ailə üzvləri ilə olan sonuncu yazışmasında hələ bir neçə erməni yaraqlısının Qarabağda qaldıqlarını və onları məhv etməli olduqlarını qeyd edib. Ailəsi onun dekabrın 16-da geri qayıdacağını gözləyirdi.
Asəf Azərbaycan Silahlı Qüvvələrinin müharibədən sonra, Qarabağda antiterror əməliyyatı keçirilərkən dekabrın 17-də Xocavənd rayonunda içində olduğu avtomobilin minaya düşməsi nəticəsində şəhid olub. Zabit Qax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub[2]. Şuşa cəngavəri Asəf Ağayev şəhadətindən sonra "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.