Asəf ibn Bərxiyə – rəvayətlərə görə Süleyman peyğəmbərin vəziri olmuşdur[1]. O, çox imanlı bir şəxs kimi tanınır[1]. Süleyman peyğəmbər Səba kraliçasının taxtını onun yanına gətirtmək əmrini verdikdə, öncə İfrit adlı bir cin onu gətirmək istəmişdir[1]. Ancaq sonra, Asəf ibn Bərxiyə Süleymanı inandırdı ki, o bu işi daha yaxşı yerinə yetirəcəkdir[1]. O, taxtı bir göz qırpımında gətirəcəyini vəd vermiş və verdiyi vədi də həyata keçirmişdir[1]. Bu hadisə Quranda (27: 40) anılmaqdadır[1].
Asəf ibn Bərxiyə |
---|