Asan-Nuri Abdulla

Asan Nuri Abdulla oğlu — texnika elmləri doktoru, professor

Asan-Nuri Abdulla
Asan-Nuri Abdulla oğlu
Doğum tarixi
Doğum yeri Krım vilayəti
Vəfat tarixi
Elmi dərəcəsi texnika elmləri doktoru
Mükafatları Azərbaycanın əməkdar elm və texnika xadimidir, Lenin, Qırmızı Əmək Bayrağı, Oktyabr İnqilabı ordenləri, Dövlət mükafatı laureatı

Krım vilayəti, Kuybışev rayonunun Qavro kəndində anadan olmuşdur. 1936-cı ildə "Neft-mədən işi" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra, 1940-cı ilə qədər "Azneftlayihə" trestində mühəndis, böyük mühəndis, layihənin baş mühəndisi işləmişdir. 1940–1942-ci illərdə "Neftmaşınqayırmalayihə" institutunda (Moskva ş.) layihənin baş mühəndisi işləmişdir. 1942–1946-cı illərdə Narkomneftdə mühəndis, böyük mühəndis, texniki şöbəni xüsusi texniki qrupunda rəis müavini işləmişdir. 1946–1948-ci illərdə Şərqi neft sənayesi nazirliyinin qazıma şöbəsinin rəisi, texniki idarədə rəis müavini olub. 1946-cı ildə "Hərbi əməliyyatlarla əlaqədar Qroznı və Krasnodar rayonlarının köçürülməsi zamanı ləğv edilmiş neft quyularının bərpası" mövzusunda namizədlik, 1969-cu ildə isə "Dəniz estekada neft mədəni" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1948–1949-cu illərdə SSRİ Neft sənayesi nazirliyinin texniki şurasının sədr müavini işləyib. 1949–1950-ci illərdə "Başqərbneftverimi" trestində böyük mühəndis, dəniz mədənlərinin tikintisi şöbəsinin şöbə rəhbəri işləmişdir. 1950–1953-cü illərdə SSRİ neft sənayesi nazirliyi "Başdənizneft"də böyük mühəndis, şöbə rəisi, rəisin birinci müavini işləmişdir. 1953–1957-ci illərdə "Başqərbnefthasilatı"nın Texniki şöbəsinin rəisi, SSRİ Neft sənayesi nazirliyinin Texniki idarəsində rəis müavini olub. 1957–1958-ci illərdə RSFSR Dövlət plan komitəsində (Qosplan) qazıma şöbəsinin rəhbəri olmuşdur. 1958–1959-cu illərdə RSFSR Nazirlər Kabinetinin Dövlət elmi-texniki komitəsinin üzvü və neft və qaz sənayesi qrupunun rəhbəri olmuşdur. 1959–1960-cı illərdə "Neft maşınqayırma dövlət layihə institutu"nda baş konstruktor — direktor müavini olub. 1960–1978-ci illərdə Ümumittifaq qazıma texnikası elmi tədqiqat institutunun (Moskva) direktoru olub.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Asan Nuri A. neft-mədən tikintisi, dəniz neft mədənləri üçün estakada və özüllərin, həmçinin quruda qazıma ilə əlaqədar yerüstü qurğuların (tikililərin) konstruksiyalarının yaradılması məsələləri sahəsində tanınmış alimdir.

Asan Nuri A. 60-dan artıq elmi məqalənin və bir sıra monoqrafiyaların müəllifidir.

O Azərbaycanın əməkdar elm və texnika xadimidir. Lenin, Qırmızı Əmək Bayrağı, Oktyabr İnqilabı ordenləri və medallarla təltif olunmuşdur. Üç dəfə Dövlət mükafatı laureatı fəxri adına layiq görülmüşdür.