Sultanov Aslan bəy Kərbəlayi Hüseyn oğlu — Zəngəzur qəzasının mahal pristavı, Qarabağın və Zəngəzurun Fövqəladə Komissarı.
Aslan Sultanov | |
---|---|
Aslan bəy Kərbəlayi Hüseyn oğlu Sultanov | |
Doğum tarixi | |
Doğum yeri | Hacılı, Zəngəzur qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Aslan Sultanov 1888-ci ildə Zəngəzur qəzasının Qubadlı bölgəsində Hacılı kəndində anadan olmuş, ilk təhsilini kənddə əmisi oğlu Həsən bəyin müdir olduğu dördillik rus məktəbində almışdır[1]. Sonradan Qori seminariyasını, ardından Rusiyada ali hərbi məktəb bitirmişdir. Böyük təşkilatçılıq qabiliyyətinə, fenomenal hərbi istedada malik olmaqla yanaşı, həm də fərd olaraq son dərəcə cəsarətə və döyüşkənliyə sahib Aslan bəy Azərbaycan Demokratik Cümhuriyyətinin dövründə Zəngəzur qəzasının mahal pristavı vəzifəsində çalışmışdı. Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Azərbaycan Respublikası Mərkəzi İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun əmriylə Qarabağın və Zəngəzurun Fövqəladə Komissarı təyin edilib. Ona verilmiş Fövqəladə Komissarın Mandatında yazılıb: "Bu mandat sahibi yoldaş A.Sultanov Qarabağın və Zəngəzurun Fövqəladə Komissarı təyin edilir. Azərbaycan Respublikası Mərkəzi Hakimiyyətinin nümayəndəsi kimi ona bu qəzaların ərazisində fövqəladə və məhdudiyyətsiz səlahiyyətlər, yəni vəzifəsindən və kimliyindən asılı olmayaraq hər kəsi həbs eləmək, istintaqa cəlb etmək, həmçinin qurumların təşkili kimi hüququ verilir. Bütün partiya, təşkilatları, idarə və müəssisələr, hərbi təşkilatlar yoldaş Aslan Sultanovun əmrlərini sözsüz yerinə yetirməlidirlər. Onun əmrlərinə qarşı çıxan hər kəs dərhal həbs olunmalı və İnqilabi Tribunala verilməlidir".