Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Aslan Xası oğlu Xəlilov (d.14 fevral, 1962, Şamaxı rayonu, Azərbaycan SSR) - azərbaycanlı alim, tarixçi, tarix elmləri doktoru.
ASLAN XƏLİLOV | |
---|---|
Xəlilov Aslan | |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı rayonu |
Elmi dərəcəsi |
Aslan Xəlilov 14 fevral 1962-ci ildə Şamaxı rayonunda anadan olub. 1982-1985-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunmuş, 1985-1988-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsilini davam etdirmişdir. Təhsil aldığı müddətdə "Lenin təqaüdçüsü" olmuşdur. 1989-cu ildən 2003-cü ilədək Bakı Slavyan Universitetinin tarix kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır.
1996-cı ildə Azərbaycan tarixçiliyində ilk dəfə olaraq 31 mart soyqırımı mövzusunda "1917-1920-ci illərdə Zaqafqaziyanın müsəlman əhalisinə qarşı soyqırımı tarixi mənbələrdə" adlı dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
Bir monoqrafiyanın və 60-dan çox elmi-publisistik məqalənin müəllifidir.
2003-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2 il müddətinə, 2007-ci ildə daha 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.[1]
Evlidir. İki övladı var.