Aslanidi qardaşlarının tütün fabriki binası

Aslanidi qardaşlarının tütün fabriki binası - Rostov-na-Donu şəhərinin ərazisində XIX əsrin sonlarında inşa edilmişdir. Bina Budyonnovski prospektinin küncündə və Krasnoarmeysk küçəsində yerləşir. İlk əvvəllər bina Aslanidi qardaşlarının tütün fabriki idi. Hazırda bina № 8 xəstəxanasının korpuslardan biridir. Bina Regional əhəmiyyətli mədəni irs obyekləri siyahısına daxildir[1].

Aslanidi qardaşlarının tütün fabriki binası
rus. Здание табачной фабрики братьев Асланиди
Xəritə
47°13′36″ şm. e. 39°42′18″ ş. u.
Ölkə  Rusiya
Şəhər Rostov-na-Donu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1874-ci ildə İvan Xristoforoviç və Axilles Xristoforoviç Aslanidi qardaşları tərəfindən tütün fabriki inşa edilmişdir. Onların binası Skobelevski küçəsi və Taqanroq prospektində yerləşirdi. 1913-cü ildə Aslanidi qardaşlarının tütün fabriki «V. İ. Asmolov və K°»[2] səhmdar vəmiyyəti tərəfindən alınmışdır. 1920-ci ildə tütün fabrikinin binası göz xəstəlikləri xəstəxanasına verilir. 1950-ci illərin əvvəllərində bina təmir olunmuş və şəhər xəstəxanasına verilir. 1962-ci ildə binanın önündə memorial lövhə vürülür. Lövhədə yazılır: «1920-1952-ci illərdə bu binada dahi alim-oftamoloq, professor Konstantin Xrisanfoviç Orlov yaşamış və işləmişdir.». Rostov vilayəti Aministrasiyası rəhbərliyinin 9 oktyabr 1998-ci il № 411 qərarı ilə bina bina regional əhəmiyyətli mədəni irs obyekləri siyahısına daxil edilir.

Aslanidi qardaşlarının tütün fabriki binası iki mərtəbədən ibarətdir. Fasadı kərpiç dekordan ibarətdir. П-formasına malikdir. Binanın fasadı Krasnoarmeysk küçəsi və Budyonnovski prospektində açılır. Binanın pəncərələri məhəccərlərlə qorunur. Dəhliz sistemli bir tikilidir.

  1. "Rostov-nа-Donu". Rostov vilayətinin rəsmi saytı. 2013-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-15.
  2. Владимир Сергеевич Сидоров. "Энциклопедия старого Ростова и Нахичевани-на-Дону". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-16.