Asmolov Teatrı — Rostov-na-Donu şəhəri, Taqanroq prospektində (indiki Budyonnovski prospekti), 2000-ci illərə qədər mövcud olmuş "Novı bıt" bazarının yerində mövcud olmuş teatr. Teatr 1883-ci ildə təşkil edilmişdir.
Asmolov Teatrı | |
---|---|
Ümumi məlumatlar | |
Əsası qoyulub | 1883 |
Bağlanıb | 1920 |
Heyət | |
Baş rejissor | Nikolay Nikolayeviç Sinelnikov |
Yerləşməsi | |
47°13′19″ şm. e. 39°42′26″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Rostov-na-Donu |
Ünvan |
Rostov-na-Donu Rusiya imperiyası |
|
1882-ci ildə rostovlu tütün fabrikinin rəhbəri Bladimir İvanoviç Asmolov[1] şəhər dumasından Taqanroq prisoektində, Bolşoy Sadovaya və Kuznesov (hazır ki, Puşkinski) küçələri arasında konsert zalının tikilməsi üçün icazə verilir. 19 oktyabr 1883-cü ildə Asmolov teatrında ilk dəfə pərdə açılmışdır. 38 il müddətində şəhər əhalisinə xidməti sayəsində Rostov-na-Donu şəhərini teatral bir mərkəzə çevirmişdir. O şəhərdə ən çox tutumu olan teatr idi. Belə ki, vaxtı ilə burada sonradan çoxlu sayda teatrlar inşa edilsə də yenə öz birinciliyini qoruyurdu. 1894-cü ildə teatra rejisor vəzifəsinə Nikolay Nikolayeviç Sinelnikov gətirilir. Burada , Nikolay İvanoviç Sobolşikov-Samarin, Konstantin Aleksandroviç Marcanaşvili, Nikolay Petroviç Roşin-İnsarov, Mariya Mixaylova Blyumental-Tamarina, S. Kuzensov, Vasili Oanteleymonoviç Dslmatov, Yakov Vasileviç Orlov-Çumbinin, Pavla Leonteva Vulf, M. Yoreva, N. Nasilev, P. Muromsev və başqaları[2] işləmişdir.
Asmolovun özü teatrı olduqca çox sevirdi. O, hətta dəfələrlə teatrda belə özü iştirak edirdi. Ancaq yaşı ilə əlaqədar xəstəliyi güçlənmişdir. Nəticədə 1910-cu ildə o, teatrı satmalı olurlar. Teatrın yeni sahibləri Lev Filippoviç və İosif Moiseeviç Fayn olur. Onlar teatrın inkişafın böyük yatırım qoyurlar.
Birinci rus inqilabı dönəmində şəhərin digər teatrları kimi onun ətrafına inqilabçılar toplanmışdır. Oktyabr inqilabından sonra bir müddət teatr fəaliyyətini dayandırır. Qırmızı ordu gəldimdən sonra teatr fəaliyyətini bərpa etdir. 1920-ci ilin yanvar ayında ilk sovet tamaşası olan "Qırmızı Həqiqət" səhnəyə qoyulur. 17 mart ayında teatr milliləşdirilir. 12 aprel tarixindən Anatoli Vasileviç Lunaçarski adını alır. 1920-ci ilin noyabrında teatrda son tamaşa olur. 28 noyabrda teatrda yağın olur. Bundan sonra teatrın trupbası Maşonkin Teatrına işə qəbul olunur.