Aspartam

Aspartam
Aspartam

Aspartam — qidada geniş istifadə olunan şirin dadlandırıcıdır. Kimyəvi adı aspartil-phenylalanine-1-metil esterdir.

Kimyəvi olaraq aspartat və fenil alanin amin turşularısından meydana gəlmiş bir dipeptidin metil esteridir. Çay şəkəridən 180 qat daha şirindir. İlk dəfə kimyaçı Ceyms M. Şlatter tərəfindən 1965-ci ildə kəşf edilmiş, ABŞ-də 1974-cü ildə istifadəsinin razılaşdırılmasından sonra uzun müddət etibarlılığı müzakirə mövzusu olmuşdur. Aspartam istifadə təhlükəsizliyi baxımından ciddi müzakirələrə səbəb olmuş, edilən araşdırmalarda bir zərərli olduğuna dair bir dəlil tapılmamışdır. Avropa Birliyində qida qatqı maddəsi olaraq E951 kod adını almışdır.

"Phenylketonuria" xəstələri fenilalanini iç orqanlarında əldə edə bilmədikləri üçün bu amin turşusundan çox etməmələri lazımdır. Aspartam bədəndə fenilalaninə çevrildiyi üçün "Phenylketonuria" xəstələrinin gündəlik fenilalanin istehlakı ilə aspartam mallarını birlikdə qiymətləndirmələri lazımdır. Buna görə aspartam ehtiva edən qidaların üzərində "Phenylketonuria" xəstələrinə istiqamətli bir xəbərdarlıq yazısı olur.

Dünyanın 90-dan çox ölkəsində qida və səhiyyə sahəsindəki səlahiyyətli təşkilatlar aspartamın istifadəsinin təhlükəsiz olduğunu qəbul etdi. Birləşmiş Ştatlar, son 8 illik dövrdə edilən geniş əhatəli istehlak qiymətləndirmələri və digər ölkələrdə edilən işlər, gündəlik aspartam istehlakının ABŞ FDA (Qida və Dərman Administrasiyası) və digər səlahiyyətlilər tərəfindən təyin olunan qəbul edilə bilər gündəlik miqdarda çox altında olduğunu göstərmişdir. Digər tərəfdən, Dünya Sağlamlıq Təşkilatının Qida Qatqı maddələri Mütəxəssis Komitəsi, Avropa Birliyi Yemək Elmi Komitəsi və FDA tərəfindən uzun illər boyunca araşdırılmış və etibarlı olduğu təsdiqlənmişdir.