Аspirant (latın dilində aspirans – bir şeyi əldə etməyə can atan, nəyə isə çatmaq istəyən, cəhd edən).
Aspirant ali təhsildən sonra aspiranturada ixtisas səviəyyələrinin artırılması və gələcək elmi fəaliyyətə məqsədli hazırlanması üçün xüsusi təhsil alırlar. Məzmununa və praktikasına görə konkret elmi mövzu üzrə elmi-tədqiqat işi apardıqdan sonra, müdafiə şurası qarşısında elmi işini müdafiə edir və uğurlu nəticə olduqda elmlər namizədi elmi adı alırlar.
Aspirantura və aspirant statusu Sovet İttifaqı və kecmiş sosialist ölkələrinin ali təhsil sistemi üçün xarakterik idi. Müasir dövrdə o ölkələrin böyük əksəriyyəti aspirantura sistemindən imtina etmişlər. Aspirantura şəbəkəsi hal-hazırda ancaq Rusiya Federasiyası və bir neçə ölkədə qalmışdır. Azərbaycanda 2009-cu ildə "Təhsil haqqında" qanun qəbul edildikdən sonra aspirantura sistemi ləğv edilərək tamamilə Bolonya təhsil sisteminə uyğun doktarantura sisteminə keçilmişdir. Hal-hazrda ali və ondan sonrakı təhsil bakalavratura, magistratura və doktorantura ardıcılllığı ilə aparılır. [1]
QəbulBraziliyada asspirantura adlı magistr proqramına daxil olmaq üçün bakalavr, lisenziya və ya texnoloq dərəcəsi tələb olunur. Ümumiyyətlə, qəbul olunmaq üçün namizədin orta qiymətdən yuxarı qiymətləri olmalıdır və adi kurs işlərinə əlavə olaraq bakalavr sahələri üzrə dövlət proqramları vasitəsilə elmi tədqiqatlara başlamaq tövsiyə olunur.