Assimilyasiya (lat. "oxşatma", "uyğunlaşdırma") — bir xalqın digər xalqla öz dilini, mədəniyyətini və s.-ni itirmək yolu ilə qarışması. Təbii və zorakı assimilyasiya mövcuddur. Təbii assimilyasiya heç bir məcburiyyət edilmədən milli azlıqların uzun müddət aralarında yaşadıqları daha böyük millətlə tədricən qovuşması yolu ilə gedir. İmperiyalarda, o cümlədən Rusiya imperiyasında tabelikdə olan xalqların zorakı, məcburi assimilyasiyasından (ruslaşdırmadan) geniş istifadə edilirdi.