Astacus leptodactylus

Uzunbarmaq çay xərçəngi (lat. Astacus leptodactylus) — heyvanlar aləminin buğumayaqlılar tipinin ali xərçənglər sinfinin onayaqlılar dəstəsinin çay xərçəngləri fəsiləsinin çay xərçəngi cinsinə aid heyvan növü.

Uzunbarmaq çay xərçəngi
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Sinifüstü:
Yarımsinif:
Dəstəüstü:
Dəstə:
Yarımdəstə:
Ranqsız:
İnfradəstə:
Fəsiləüstü:
Növ:
Uzunbarmaq çay xərçəngi
Beynəlxalq elmi adı

Çay xərçənginin silindrvari baş-döşü 5 baş və 8 döş buğumundan ibarətdir. Ön antenalar 2 qamçılı və bığyanı pulcuqludur. Başın ön hissəsində 2 buğumdan ibarət saplaqlı, fasetli gözlər yerləşir. Rostrum iti ucluqla qurtarır. Döşün 8 heteronom buğumu başla hərəkətsiz birləşib ümumi xitin zirehlə (karapaks) örtülüb baş-döşü əmələ gətirmişdir. Qarın yaxşı inkişaf etmişdir və baş-döşün altına bükülmür. Zireh hamar və ya qırışıqlı, qabarıqlı ola bilər. Çay xərçəngində oynaqlı ətrafların ümumi sayı 19 cütə çatır. Köndələn xətlə 2 hissəyə bölünmüş telsonla birləşmiş uropodlar yaxşı inkişaf etmişdir. Birinci cüt gəzmə ayaqları güclü qısqaclar əmələ gətirmişdir. Digər gəzmə ayaqları bir şaxəlidir. Bütün qəlsəmələr salxım şəkillidir. A.leptodactylus növü üçün kəskin cinsi dimorfizm səciyyəvidir. Erkək fərdlər, bir qayda olaraq, ölçüsünə, kütləsinə və qısqaclarının iriliyinə görə eyni yaşda olan dişiləri xeyli üstələyir. Biologiyası. Xərçəng fərdləri cinsi yetkinliyə 3 yaşında çatır. Mayalanma payız aylarında baş verir. Nəsil verimi aprel-may aylarını əhatə edir. Dişilərdə qarınaltı nahiyədə qarın ayaqlarına yapışdırılmış ziqotaların sayı geniş hüdudda dəyişilir. Polifaq orqanizm olub bitki və heyvan qalıqları ilə qidalanır. Qiymətli əmtəəlik bioloji məhsuldur. Xüsusi təsərrüfatlarda yetişdirilir.

Çay xərçəngi cinsinin bütün nümayəndələri Xəzər-liman faunistik kompleksinə mənsubdur. Çay xərçəngi hazırda Avropanın bütün şirin su sututarlarında yayılmışdır. Xərçəng Araz (Naxçıvan) su anbarının balıqlardan sonra ikinci vətəgə əhəmiyyəti daşıyan bioloji məhsuludur. Su anbarı şəraitində populyasiyanın bioloji və ekoloji xüsusiyyətləri ətraflı öyrənilmişdir.