Astara kitabxanası — Astaranın ilk ictimai kitabxanasıdır. Bu kitabxana 1302-ci hicri şəmsi (1924) ilində Astara şəhərində qiraətxana kimi tikilib.[1]
Astara kitabxanası 1302-ci ildə Astarada xeyir və mədəniyyət sevər insanlar tərəfindən yaradılıb. Sonralar kitabxananın binası bərbad hala düşdüyünə görə 1386-ci ildə yeri dəyişdirilərək yenidən tikilib.[2]
Kitabxana 1386-cı ildə Astaranın milli bağına köçürülüb.