Astara mayakı[1] — Azərbaycanın Astara şəhərinin ərazisində yerləşən, fəaliyyətdə olan mayan. Mayak hündürlüyü 25 m olan bir dəmir konsrtruksiyasının üzərində quraşdırılmışdır. Astara mayakı Astara çayının sağ sahilində, Azərbaycan-İran dövlət sərhəddindən sərhədi 400 m (1/4 mil) şimalda, Xəzər dənizi sahilindən isə 250 m (820 ft) aralıda yerləşir. 1900-cü ildə Astara reydini və ora girişi göstərmək üçün işıqlanan stvor nişanlar quraşdırılıb[2]. Hər iki nişan 2,5 mil məsafədə daimi qırmızı işıq ilə işıqlanır. Stvor nişanları şərq-qərb istiqamətində yerləşir.
Astara mayakı | |
---|---|
Ölkə | |
Yerləşir | Astara, Azərbaycan |
Koordinatlar | 38°26′45″ şm. e. 48°52′50″ ş. u.HGYO |
Hündürlüyü | 23 m (25 m — stvor nişanla) |
Diapazon | əsas: |
HRMC nömrəsi | AZE-002 |