Asteroid 2008 KV2

Asteroid 2008 KV2Yer kürəsinə yaxın orbitlərdə hərəkət edən Aton asteroid qrupunun nümayəndəsi. Bu asteroid 28 may 2008-ci ildə kəşf olunmuşdur. Asteroid 2008 KV2-in Günəş ətrafında dolanma periodu 286 Yer gününə və ya 0.78 Yer ilinə bərabərdir. Günəşdən olan məsafəsi orbitinin afeli nöqtəsində 180 milyon kilometr, perihelidə 75 milyon kilometrdir.

Asteroid 2008 KV2
Nəyin peykidirGünəş

Astronomlar asteroid ölçüsünü tam dəqiq müəyyən edə bilməmişlər, lakin hesablamalara əsasən, 146 metrdən 327 metrədək dəyişir.[1]

2008 KV2 asteroidini digər asteroidlərdən fərqləndirən cəhət onun 27. iyun 2019 tarixində Yer yaxınlığından keçməsidir.[2]

2008 KV2 məlum kosmik obyektinin Yerdən 6,7 million kilometr məsafədən keçəcəyi bunun Yer üçün heç bir təhlükə doğurmayacağı astronomlar tərəfinfən əvvəlcədən təyin olunmuşdur. Belə böyük ölçüdə kosmik daşların Yerə yaxınlaşması tez-tez baş vermədiyi üçün bu “kosmik qonağın” bizdən kifayət qədər uzaq məsafədən keçməsinə baxmayaraq, hadisə həddindən artıq diqqətəlayiq olmuşdur.[3]

Obyektlə Yer arasında olan məsafəni daha yaxşı təsəvvür etmək üçün müqayisə edək: 2008 KV2 obyektinə qədər olan məsafə Ayla Yer arasındakı məsafədən (384000 km) 17 dəfə böyükdür.

Alimlər bu asteroidi 2008-ci ildə kəşf etmiş və onun Yer atrafında görünmə tezliyini hesablamışlar: həmin dövrdə olan hesablamalara əsasən asteroid bizim planetin ətrafında 1900-cu il ilə 2199-cu illər arasında görünməli idi. Lakin sonradan məlun olduğu kimi 2008 KV2 asteroidi bizdə - Yer ətrafında  daha tez tez görünməyə başladı. ABŞ, NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının bildirdiyinə görə 2008 KV2 asteroidi bu gün – 27 iyun 2019-cu iltarixindən sonra Yer yaxınlığından 2021-ci ildə və 2022-ci ildə iki dəfə keçəcəkdir.

Nasa Reaktiv Hərəkətlər Laboratoriyasının verdiyi məlumata görə 2008 KV2 asteroidi böyük ölçülərinə və Yerə yaxın olmasına görə “potensial təhlükəli asteroidlər” kateqoriyasına aiddir. O Dünyanın yaxınlığından saatda 40800 kilometr sürətlə keçmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://in-space.ru/asteroid/?n=2008-KV2
  2. "Arxivlənmiş surət". 2019-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-03.
  3. "Arxivlənmiş surət". 2020-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-03.