Astorgosuchus bugtiensis

Astorgosuchus bugtiensis — çağdaş əsl timsahlara yaxın olan Crocodyloidea yarımfəsiləsinə daxil olan növ. Astorgosuchus bugtiensis çağdaş Pakistan ərazisində, oliqosen-miosen çöküntülərində tapılmışdır. Bəlkə də əsl timsahlara keçid edən timsah soyunun ən böyük nümayəndəsidir.

{{{latin}}}
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Astorgosuchus bugtiensis
Beynəlxalq elmi adı
  • Astorgosuchus bugtiensis

Etimologiya və təsnifat[redaktə | mənbəni redaktə et]

Bu növ əvvəlcə 1909-cu ildə kəllə şəklinə görə çağdaş Crocodylus ilə oxşarlığı səbəbiylə Crocodylus bugtiensis kimi təsvir edilmişdir. Bununla belə, 2019-cu ildə qalıqların tədqiqi xarici burun dəliklərinin yerdəyişməsi və alt çənənin simfizinin əmələ gəlməsində iştirakı kimi əlamətlərin Astorgosuchusun ya Crocodylus cinsinin nümayəndəsi, ya da əsl timsah sinfinin nümayəndəsi olaraq qəbul edilməsinə imkan vermədiyini göstərdi. Astorgosuchus bugtiensisin ən yaxın qohumu, ehtimal ki, "Asiatosuchus germanicus"-dur[1].

Ölçülər[redaktə | mənbəni redaktə et]

Astorgosuchus bugtiensis yetkinlərinin kəllə uzunluğu 80 sm-dən çox idi və ümumi uzunluğu isə 7–8 metrə çatırdı. Böyük fərdlərin uzunluğu 10–11 metrə çatması ehtimal edilir.

Qidalanması[redaktə | mənbəni redaktə et]

Pakistanda oliqosen-miosen dövrünə aid olan çox sayda kərgədan qalıq qalıqlarında nəhəng timsahların diş isləri aşkarlanmışdır. Astorgosuchus ehtimal ki, Indricotheriumu ovlamaq üçün kifayət qədər böyük olması, bu heyvanların sümüklərindəki diş izləri ilə təsdiqlənir. Astorgosuchusun kütləli kəlləsi və sərtləşmiş alt çənəsi də onun əsasən meqafaunadan bəsləndiyini göstərir[2].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Jeremy E. Martin, Pierre-Olivier Antoine, Vincent Perrier, Jean-Loup Welcomme, Gregoire Metais. A large crocodyloid from the Oligocene of the Bugti Hills, Pakistan // Journal of Vertebrate Paleontology. — 2019–11-01. — Т. 0, вып. 0. — С. e1671427. — ISBN 0272-4634. — doi:10.1080/02724634.2019.1671427.
  2. Donald R. Prothero. Rhinoceros Giants: The Paleobiology of Indricotheres. — Indiana University Press, 2013–05-09. — 135 p. — ISBN 0253008263.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]