Astrabad körfəzi

Astrabad körfəziXəzər dənizinin İran sahillərində yerləşən körfəz. Körfəz dənizdən Mianqala yarımadası vastəsi ilə ayrılır. Laqunun uzunluğu 60 km, orta eni 7, maksimal isə 11 km təşkil edir. Orta dərinlik 4 m metrdir. Körfəzi dənizlə eyni adlı boğaz birləşdirir. Onun eni 3 km təşkil edir[1]. Onun cənubu düzən və hamardır, şimal sahilləri isə qumluluqlardır. Şimal-şərqində Aşur adası yerləşir. Balıqçılıq inşaf etmişdir. Hazırda sahillərində Bender-Türkmən stansiyası və limanı (əvvəllər Bəndər-Şah) yerləşir. Körfəzin cənub sahilində isə Bəndər Gəz şəhəri yerləşir.

Astrabad körfəzi
Ümumi məlumatlar
Tip Körfəz
Dərin yeri 4 m
Yerləşməsi
36°54′15″ şm. e. 53°55′00″ ş. u.HGYO
Ölkə  İran
Akvatoriyası
Astrabad körfəzi xəritədə
Astrabad körfəzi
Astrabad körfəzi
Astrabad körfəzi (İran)
Astrabad
körfəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1668-ci ildə Stepan Razin Mianqala yarımadasında torpaq və taxtadan divar tikməsini əmr etmişdir. 1669-cu ildə rusların bölgəni tərk etməsi ilə farslar istinadgahı “Orus-qala” olaraq adlandırdılar.

I Pyotrın Xəzər sahili ərazilərə yürüşü zamanı Astrabad vilayəti 1723-cü il traktadı ilə Rusiya imperiyasına güzəştə gedilmişdir. Ancaq bununla belə rus ordusu bölgəyə çıxarılmamışdır. 1732-ci ildə imzalıanmış Rəşt müqaviləsinə əsasən bölgə Səfəvilərə qaytarılmışdır[2].

26 iyul 1781-ci ildə Marko Voynoviçin rəhbərlik etdiyi eskadra Astrabad körfəzinə daxil olmuşdur. Voynoviçin əsgərləri 1781-ci ilin sentyabrında Stepan Razinin inşa etdirdiyi istinadgahdan bir qədər aralıda limanın inşasına başlayırlar. Ancaq Voynoviç Ağa Məhəmməd şah Qacara əsir düşür. Astrabad faktoriyası ruslar tərəfindən 1782-ci ildə Aşur adasında təşkil edilmişdir.

  1. "Yandeks. Xəritələr". 2016-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-16.
  2. "Фактория в Астрабаде (из книги «Воин под Андреевским флагом»)". 2016-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-16.