Atəşgah dağı kimi də məşhur olan Atəşgah İranın İsfahan və Xomeynişəhr bölgələrində yerləşir. Sasanilər dövrünə aid olan bu abidə kompleksi tarixin müxtəlif dövrlərində istismar edilmişdir. Abidənin original və tarixi adı “Mehrbin binası”, “Mehrbin Qalası” və ya “Mehrbin Atəşgahı” olsa da, hazırda yerli əhali arasında “Atəşgah” və ya “Marbin Qalası” kimi məşhurdur.[3]
Atəşgah | |
---|---|
32°38′53″ şm. e. 51°34′13″ ş. u. | |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Atəşgah tarixi kompleksi İsfahanın qərbində, şəhər mərkəzindən 8 km məsafədə, “Atəşgah” küçəsində və Xomeynişəhr şəhərinin cənub hissəsində yerləşir. Atəşgah Zayəndərud çayının sahilində, dağ zirvəsində qərar tutur. Bu dağdan isə şəhərin hər bir tərəfinə gözəl panoram açılır.
İsfahan ostanının Xomeyni şəhr rayonunun “Marbin” bölgəsində yerləşən abidə avestaşünas alim Williams Jacksonun diqqətini çəkmiş və elmi tədqiqat obyektinə çevrilmişdir.
Bina kərpic laylardan tikilmişdir. Tikilinin möhkəm olması üçün isə hər iki kərpic qatının arasına çaydan gətirilmiş nazir qamış laylar döşənmişdir. Kərpicdən tikilmiş böyük bünövrə təxminən atəşgahın yerləşdiyi təpənin ortalarından başlayıb, yuxarı hissələrdə dayanıqlı sütunlara çevrilir. Qədim dövrlərdə bu sütunların üzərində otaqlar yerləşirmiş.[4]
Bəzi hissələrdə daşın içərisində oyulmuş böyük pilləkən qalıqları dözə dəyir. Bu pilləkən dağın zirvəsinə qədər uzanmış, lakin günümüzə qədər gəlib, çatmamışdır. Təpənin ən yuxarı hissəsində ucaldılmış dairəvi formalı tikilini isə kompleksə daxil olan tikililərin sonuncusu kimi qələmə vermək olar. Eləcə də bu tikili qeyd edilmiş təpə üzərində tikilən ən hündür binadır. Dairəvi tikili planda 8 güşəli formada olub, hər küncdə çölə baxan pəncələrə malikdir. Güman edilir ki, zərdüşt kahinlər “müqəddəs atəş”i bu otaqda qalayırmışlar.[5]
Abidə kompleksi yerləşdiyi təpənin 4 bir tərəfində atəşgaha qədər uzanan otaqlara sahib olmuşdur. Amma bu otaqlardan günümüzə qədər yalnız şimal hissəsində yerləşən otaqlar və şərq tərəfdə yerləşən tikililərin bəzi hissələri gəlib, çatmışdır. Dağılmamış hissələr Pəhləvilərin hakimiyyəti dövründə restovrasiya edilmişdir. Şimal tərəfdə yerləşən tikililərin yenidənqurma prosesi zamanı işlədilmiş kərpiclərin üzərində hicri tarix ilə 1352 rəqəmini görmək mümdündür.[6]