Atababa Hicri

Atababa Hicri — azərbaycanlı şair.

Atababa Hicri
Doğum tarixi
Doğum yeri Maştağa, Bakı
Vəfat tarixi
Təhsili dini təhsil
Fəaliyyəti şair, müəllim

Meyxana yaradıcılığının inkişafında özünəməxsus yeri olan şairlərdən biri də 1863-cü ildə Bakının Maştağa kəndində anadan olmuş Atababa Hicridir. Onun şeirlərində Azərbaycan xalqının mənəvi dünyası, xarakterindəki mərdanəlik, nəcib keyfiyyətlər ifadə olunub. O, Azərbaycan ədəbi dilinin zənginləşməsinə, fars və ərəb tərkiblərindən təmizlənib cilalanmasına xüsusi diqqət yetirib. A.Hicri xalq ruhunda sadə, təbii və mənalı şeirlər, meyxanalar yaratmağa çalışmış, həyatı gerçəkliklərə fəal vətəndaşlıq mövqeyindən münasibət bildirib. O, gözəlliyi yüksək şövqlə vəsf etdiyi kimi, cəmiyyətdə baş verən nöqsanları da cəsarətlə tənqid edib:[1]

Harda görsən əli təsbehli, çiyni əbalı,
Qaçmasan ondan əgər boynuva şeytan babalı.
Bunların xeyri topuqdan olur, boydan zərəri,
Baxma məsciddə vurub qoltuğuna Quranı.
 
...Şəhərdən un gətirib əllaf ona arpa qatır,
Əti on səkkizə gizlin uçuş arvadna satır.
Bəzzaz ölçəndə çiti o qədər dartır, uzadır,
Kisə beş puddur əgər, bəs hanı bir batmanı?

  1. http://www.aak.gov.az/upload/dissertasion/filol/filol_n_rna_26_02_16.pdf