Atabay (film, 2020)

Atabəy filmi — ssenaristi Hadi Hicazifər və rejissoru Niki Kərimi olan 2020-ci ildə çəkilmiş romantik dram filmi[2][3]. Film ilk dəfə 38-ci Fəcr Film Festivalında nümayiş edilib.[4] Film azərbaycan dilində çəkilib. Bəzi epizodları isə fars dilindədir. 2021-ci il noyabr ayının 24-dən etibarən kinoteatrlarda nümayiş etdirilən film ilk həftələrdə satışa görə il ərzində komediya filmlərini keçib birinciliyə yüksəlmiş ilk film olub[5]. Bundan başqa film 2021-ci ildə İranda nümayiş etdirilən filmlər arasında da ən çox izlənilən ilk 5 filmin sırasına düşüb[6].

Atabay
Janr dram filmi
Rejissor Niki Kərimi
Prodüser Niki Kərimi
Ssenari müəllifi Hadi Hicazifər
Baş rollarda
Bəstəkar Hüseyn Əlizadə
İlk baxış tarixi 2020-ci il fevralın 1-i
(38-ci Fəcr Beynəlxalq Film Festivalı)
Gəlir 868.576.100 Tümən[1]
Ölkə
Dillər Azərbaycan türkcəsi
qismən farsca
İl 2020
Çəkiliş yeri Pir kəndi, Xoy
IMDb ID11772966

Sujet[redaktə | mənbəni redaktə et]

Ailə-məişət mövzusunda çəkilmiş filmdəki hadisələr Qərbi Azərbaycan vilayətindəki Xoy şəhəri yaxınlığında yerləşən Pirkənd kəndində cərəyan edir. Ekran əsərinin qəhrəmanı gənc yaşlarından ailəyə başçılıq etmək məcburiyyətində qalır və böyük çətinliklərə üzləşir. Çətinliklərin öhdəsindən gələn qəhrəman şəxsi həyatını qura bilmir. Onun sevgisi uğursuz olur və bundan sonra həyatını yaxınlarına həsr edir[7].

Film ətrafında mübahisə[redaktə | mənbəni redaktə et]

Türk dilinin filmdə xüsusi yer alması mətubat konfransında gərgin anlara səbəb olub. Bir jurnalist ölkənin rəsmi dilinin farsca olduğu halda farsca altyazı ilə nümayiş edilən əsərlər nəyə lazımdır deyərək, əsərin türkcə çəkilişinə etiraz edib. Buna ilk reaksiyanı isə rejissor Niki Kərimi verib. O deyib:

" Kim deyib ki biz bütün filmləri təkcə farsca çəkməliyik? Onsuz da ölkədə filmlərin 90 faizi farsca çəkilir. "

Filmin ssenari müəllifi Hadi Hicazifər isə sualla bağlı bunları deyib[8]:

" Mən səninlə bir türk olaraq danışıram. Filmin yazarı olaraq danışıram. Sənin düşüncən faşist düşüncədir.Sənin və başqa heç kimsənin türk dilini aşağılamağa haqqı yoxdur. İranın konstitusiyasına görə, türk ədəbiyyatı universitetdə türk dilində tədris edilməlidir. Mən sizə təəssüf edirəm, və tərəddüdsüz deyirəm ki, baxışın faşist baxışdır. Bunu yüksək səslə deyirəm. Bu ortaya çıxan separatçılıq düşüncələri də bu baxışın məhsuludur. "

Rollarda[redaktə | mənbəni redaktə et]

  • Hadi Hicazifər - Kazım[9]
  • Səhər Dövlətşahi - Sima[9]
  • Cavad İzzəti - Yəhya[9]
  • Danial Noruş - Aydın[9]
  • Məsumə Robaniniya - Ceyran[9]
  • Məhluqə Meynuş Zad - Simin[9]
  • Yusifəli Dəryadel - Kazımın atası[9]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://www.samfaa.ir/.
  2. "Atabəy filmi ekranlara çıxacaq" (az.). etekyazi.com. 14.09.2021. 14.09.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.01.2022.
  3. "«آتابای» صاحب پوستر شد/ روایتی از یک عشق نافرجام". خبرگزاری مهر | اخبار ایران و جهان | Mehr News Agency (fars). 2020-01-21. 2021-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-11.
  4. "نیکی کریمی با «آتابای» به جشنواره فجر آمد- اخبار سینما و تئ - اخبار فرهنگی تسنیم | Tasnim". خبرگزاری تسنیم | Tasnim (fars). 2020-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-11.
  5. "«آتابای» پرفروش ‌ترین فیلم غیر کمدی هفته" (fars). akharinkhabar.ir. 24.09.2021. 13.01.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.01.2022.
  6. "«آتابای» جای فیلم محمدحسین مهدویان را گرفت" (fars). irna.ir. 01.01.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.01.2022.
  7. ""Atabəy" filmi Təbrizdə Azərbaycan dilində göstərilib" (az.). 525-ci qəzet. 27.11.2021. 27.11.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.01.2022.
  8. Əlirza Quluncu. "İranın Fəcr Kino Festivalında 'türkcə film' polemikası" (az.). Amerikanın səsi. 08.02.2020. 07.05.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.01.2022.
  9. 1 2 3 4 5 6 7 "Atabai (2020)" (ingilis). imdb.com. 13.01.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.01.2022.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]