Atagün Yalçınkaya (14 dekabr 1986, Altındağ ilçəsi, Ankara ili) — türk boksçu və bədən tərbiyəsi müəllimi.
Atagün Yalçınkaya | |
---|---|
Ümumi məlumatlar | |
Çəkisi | Minimum çəki (- 48 kq) |
Vətəndaşlığı | |
Doğum tarixi | 14 dekabr 1986 (36 yaş) |
Doğum yeri | |
Nəticələri | |
Döyüş |
peşəkar döyüşləri 4 |
Qələbə | 4 |
Nokautla | 4 |
Məğlubiyyət | 0 |
Yalçınkaya çox gənc yaşlarında boksa başlamış və Türkiyədə kollec və kadet kateqoriyalarında altı titul qazanmışdır. O, 2003-cü ildə Macarıstanda keçirilən Balaton turnirində birinci , Pakistanın Green Hill kubokunda üçüncü yer və İtaliyada tələbə boks üzrə Avropa çempionatında birinci yeri tumuşdur. 2004-cü ildə Alfonso Pinto və dünya çempionu Sergey Kazakovu məğlub edərək Türkiyəyə gümüş medal qazandırmışdır. O, Türkiyə tarixinin ən gənc medalçısıdır.[1]
Yalçınkaya 2008-ci ildə Almaniyada fəaliyyət göstərən Əhməd Öner ilə müqavilə imzaladı və 2008-ci ilin martında peşəkar boksçu statusu qazandı.