Atakişi bəy Mərdan bəy oğlu Mərdanbəyov (1825-1881) —çar ordusunun zabiti
Atakişi bəy Mərdanbəyov | |
---|---|
Atakişi bəy Mərdan bəy oğlu Mərdanbəyov | |
Doğum tarixi | |
Doğum yeri | Qalalı, Qaraçorlu mahalı |
Vəfat tarixi | |
Fəaliyyəti | hərbi qulluqçu |
Atakişi bəy Mərdan bəy oğlu 1825-ci ildə Qarabağın Qaraçorlu mahalının Əliyanlı camaatının Qalalı kəndində olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. 1 may 1845-ci ildə çar ordusunda, Zaqafqaziya Müsəlman Atlı alayında xidmətə başlamışdı. 23 fevral 1851-ci ildə çarın Leyb-qvardiyasına daxil edilmişdi. 12 dekabr 1852-ci ildə vəkil rütbəsi almışdı. 1849-cu ilin 27 maydan 9 sentyabradək macarların qiyamının yatırılmasında iştirak etmişdi. Georgi lentli gümüş medalla təltif olunmuşdu. [1]
Atakişi bəy Mərdanbəyov praporşik rütbəsi almışdı. 1863-cü ilə bağlı qaynaqda kornet rütbəsi daşıdığı haqda bilgi var. Ordudan tərxis olduqdan sonra doğma kəndinə qayıtmışdı.
Atakişi bəyin Əziz bəy, Firudin bəy, Aslan bəy adlı oğlanları vardı.
Atakişi bəy Mərdanbəyov yaxşı xidmətlərinə görə 1849-cu ildə gümüş medalla, 1854-cü ildə 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilmişdi.