Atatürkü Anma, Gənclik və İdman Bayramı

Atatürkü Anma Gənclik və İdman Bayramı[1] (türk. Atatürk'ü Anma, Gençlik ve Spor Bayramı) — Hər il mayın 19-da qeyd olunan Türkiyə Cümhuriyyəti və Şimali Kipr Türk Respublikasının rəsmi bayramıdır. 1919-cu il mayın 19-da Mustafa Kamal Atatürk Bandırma bərəsi ilə Samsuna endi və həmin gün müttəfiqlərin işğalına qarşı Türkiyənin Qurtuluş Savaşının başlanğıcı hesab olunur. Atatürk bu bayramı türk gənclərinə hədiyyə edib. Uzun illər "Gənclik və İdman Bayramı" olaraq qeyd olunan bayram, 1981-ci ildə dövrün prezidenti Kənan Evrenin qəbul etdiyi və elan etdiyi dəyişikliklə "Atatürkü Anma, Gənclik və İdman Bayramı" adlandırıldı.[2][3]

Atatürkü Anma, Gənclik və İdman Bayramı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Atatürkü Anma, Gənclik və İdman Bayramı ilk dəfə 1926-cı ildə Samsunda Qazi Günü adı ilə qeyd olundu və 24 May 1935-ci ildə Atatürk Günü adı ilə rəsmiləşdi. Atatürk gününü bütün gənclərə aid etmək olar. 20 iyun 1938-ci il tarixli qanunla 19 may "Gənclər və İdman Günü" kimi adlandırılmışdır. 12 Sentyabr çevrilişi ilə hakimiyyətə gələn Kənan Evrenin sədrlik etdiyi Milli Təhlükəsizlik Şurası 1981-ci ili Atatürkün anadan olmasının 100 illiyi kimi qəbul edərək, bu ili Atatürk ili elan edib. Bayram tədbirləri çərçivəsində “Gənclik və İdman Bayramı”nın adı dəyişdirilərək “Atatürkü Anma, Gənclik və İdman Bayramı” oldu.[4][5] 19 may 2012-ci ildə TRT-nin kanalı olan TRT 1-in loqosu bu bayram münasibətilə dəyişdirildi.[6]


İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. May 19 the Commemoration of Atatürk, Youth and Sports Day Arxivləşdirilib 2011-10-04 at the Wayback Machine in the official website of the Presidency of the Republic of Turkey.
  2. "Türkiye genelinde 19 Mayıs için Fener Alayları düzenlendi". Sözcü. May 29, 2018. April 22, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 18, 2021.
  3. Şahin, Münir; Dönmez, Burhanettin. "19 Mayıs Atatürk'ü Anma, Gençlik ve Spor Bayramı Hakkında Beden Eğitimi Öğretmenlerinin Görüşleri". Millî Eğitim (202). Spring 2014. May 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 18, 2021.
  4. "Erdoğan'dan İstiklal Marşı çağrısı!". Sözcü. May 21, 2020. April 23, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 18, 2021.
  5. "100. yılında 19 Mayıs coşkusu!". Dünya (newspaper). May 19, 2019. May 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 18, 2021.
  6. The nationalist movement and the war for independence // Encyclopædia Britannica. March 28, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 18, 2021.