Atatürk Hava Limanına terror hücumu — 28 iyun 2016 -cı ildə yerli saatla 21:22-də İstanbuldakı Atatürk Hava Limanının 2-ci terminalında üç terrorçu tərəfindən həyata keçirilən terror hücumu. Türkiyə Daxili İşlər Naziri Əfqan Alanın verdiyi məlumata əsasən terror hücumu zamanı 3 terrorçu da daxil olmaqla 47 nəfər ölmüş, 238 nəfər yaralanmışdır.[ 1] ,[ 2]
29 iyun 2016-cı il tarixində Türkiyə və Şimali Kipr Türk Respublikasında milli matəm elan edildi və bayraqlar yarıya endirildi.[ 2]
Terminal 2 (right) access road (middle) and car park (left) where attacks took place
Hadisədən 32 gün əvvəl İstanbula gələn 3 terrorçu Fatih rayonunda ev tutmuşdular. Hadisə günü saat 20:35-də evdən çıxan terrorçular 20:45-də taksiyə minərək Atatürk Hava Limanına yollandılar. Yarım saat sonra taksi hava limanına çatdı. Burada da yarım saat gözləyən terrorçular daha sonra 3 fərqli yönə hərəkət edirlər.[ 3]
Terrorçulardan biri alt mərtəbədə olan xarici uçuşlar gəliş terminalına yönəlib, digər ikisi isə xarici uçuşlar gediş terminalına qalxıb. Xarici uçuşlar gəliş terminalına gedən terrorçu burada atəş açmış və özünü partlatmışdır. Bundan dərhal sonra xarici uçuşlar gediş terminalına gedən iki terrorçu hərəkət geçib. Terrorçulardan biri x-ray cihazından keçərək "Biraz sonra burada bomba patlayacaq" deyərək qışqırdı. Bundan təşvişə düşən sərnişinlər çıxışa doğru qaçmağa başladılar. Burada gözləyən ikinci terrorçu isə onlara atəş etmiş, daha sonra özünü partlatmışdır. Sağ qalan üçüncü terrorçu isə pilləkənlər tərəfə gedərək, aşağıdakı partlamadan qaçanları hədəf almış və özünü partlatmışdır.[ 2] ,[ 4]
Hadisə vaxtı ölən 43 şəxsdən 19-u xarici vətandaşdır.[ 1] Ölən 15 hava limanı işçisi üçün 30 iyun 2016-cı il tarixində anım mərasimi keçirilmişdir.[ 5]
Qurban
Yaşı
Vətəndaşlıq
İstinad
Abdülhekim Buğda
-
Türkiyə
[ 6] ,[ 7]
Abrorjon Ustabayev
22
Özbəkistan
[ 7]
Adem Kurt
32
Türkiyə
[ 8] ,[ 6]
Ali Zülfikar Yorulmaz
-
Türkiyə
[ 6]
Çağlayan Çöl
27
Türkiyə
[ 6] ,[ 7]
Ercan Sebat
41
Türkiyə
[ 9] ,[ 6]
Erol Eskisoy
44
Türkiyə
[ 10] ,[ 6] ,[ 7]
Ertan An
38
Türkiyə
[ 11] ,[ 6] ,[ 7]
Ethem Uzunsoy
-
Türkiyə
[ 6]
Habibullah Sefer
26
Əfqanıstan
[ 12] ,[ 7] ,[ 13]
Hüda Amiri
9
Türkiyə, Səudiyyə Ərəbistanı
[ 12] ,[ 6] ,[ 7]
Hüseyin Tunç
28
Türkiyə
[ 14] ,[ 6]
Göksel Kurnaz
38
Türkiyə
[ 6] ,[ 7]
Gülşen Bahadır
27
Türkiyə
[ 8] ,[ 6] ,[ 7]
Ferhat Akkaya
-
Türkiyə
[ 7]
Fethi Bayoudh
-
Tunis
[ 7]
Kerime Amiri
24
Türkiyə, Səudiyyə Ərəbistanı
[ 12] ,[ 6] ,[ 7]
Mahmut Çizmecioğlu
-
Türkiyə
[ 8] ,[ 6] ,[ 7]
Mahmut Mert
-
Türkiyə
[ 6] ,[ 7]
Meryem Amiri
14
Türkiyə, Səudiyyə Ərəbistanı
[ 12] ,[ 6] ,[ 7]
Merve Yiğit
22
Türkiyə
[ 15] ,[ 7]
Muhammed Eymen Demirci
25
Türkiyə
[ 16] ,[ 8] ,[ 6]
Murat Güllüce
-
Türkiyə
[ 7] ,[ 17]
Mustafa Bıyık
-
Türkiyə
[ 8] ,[ 6]
Mustafa Bayraklı
51
Türkiyə
[ 7]
Özgül İde
21
Türkiyə
[ 6] ,[ 7]
Serkan Türk
-
Türkiyə
[ 6] ,[ 7]
Sıddık Turgan
-
Türkiyə
[ 6]
Sıdık Peçenek
-
Türkiyə
[ 6] ,[ 7]
Tevfik Yusuf Haznedaroğlu
-
Türkiyə
[ 6]
Yasin Öcal
25
Türkiyə
[ 1] ,[ 7]
Yusuf Teyfik Haznedaroğlu
36
Türkiyə
[ 6] ,[ 6] ,[ 7]
Umut Sakaroğlu
31
Türkiyə
[ 18] ,[ 8] ,[ 7]
Zehra Amiri
18
Türkiyə, Səudiyyə Ərəbistanı
[ 12] ,[ 6] ,[ 7]
Aparılan istintaq nəticəsində 3 terroristdən ikisinin şəxsiyyəti məlum olmuşdur.[ 19] ,[ 20]
Rakim Bulgarov - Rusiya vətəndaşı
Vadim Osmanov - Rusiya vətəndaşı
Bakırköy Baş Prokurorluğu tərəfindən terror hücumu ilə əlaqədar olaraq istintaq başlanmışdır.[ 2]
ABŞ -
Almaniya - Kansler Angela Merkel Avropa Şurası liderlərinin zirvə toplantısının keçirildiyi Brüsseldə keçirtdiyi mətbuat konfransında Avropa İttifaqı liderlərinin şok içində olduğunu ifadə edərək "Bütün Türk xalqına terrorla mübarizədə birlik olduğumuzu və bir-birimizi dəstəkləyəcəyimizi çatdırmaq istəyirəm" deyib.[ 21]
Azərbaycan - Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana yolladığı məktubda həlak olanların ailələrinə və yaxınlarına, Türkiyə xalqına başsağlığı vermiş, yaralananlara şəfa diləmiş, terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını, birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab etmişdir.[ 22] İ.Əliyev həmçinin R.T.Ərdoğana telefonla zəng etmişdir.[ 23]
↑ 1 2 3 4 TEKTEN, Erhan; ALAS, Enver. "İçişleri Bakanı ölü sayısını açıkladı!" (30 iyun 2016). Doğan Xəbər Agentliyi. 2016-10-05 tarixində arxivləşdirilib . İstifadə tarixi: 30 iyun 2016 .
↑ 1 2 3 4 5 "Atatürk Havalimanı'nda canlı bomba saldırısı!" . HaberTürk. 29 iyun 2016. 2016-06-29 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2 iyul 2016 .
↑ ULUDAĞ, Nihat; DOĞAN, Yusuf; SARIYER, Müslim. "3 canlı bomba Atatürk Havalimanı katliamını Horhor'da planladı" . HaberTürk. 30 iyun 2016. 2022-05-20 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2 iyul 2016 .
↑ "Atatürk Havalimanı saldırısında teröristlerin hain planı" . HaberTürk. 29 iyun 2016. 2016-11-08 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2 iyul 2016 .
↑ ALAS, Enver; YILDIZ, İbrahim. "Atatürk Havalimanı'nda hüzünlü tören" . Doğan Xəbər Agentliyi. 30 iyun 2016. 2016-07-01 tarixində arxivləşdirilib . İstifadə tarixi: 30 iyun 2016 .
↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 YALÇIN, İhsan; EREN, Özgür; AKTÜRK, İbrahim; KÖYÜK, Cemal; KAPTAN, Faik; YILDIZ, İbrahim. "Hain saldırıda ölenlerin cenazeleri teslim ediliyor" . Doğan Xəbər Agentliyi. 30 iyun 2016. 2016-10-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 30 iyun 2016 .
↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 "Atatürk Havalimanı'ndaki terör saldırısı ölenlerin kimlikleri belli oldu" . HaberTürk. 29 iyun 2016. 2018-04-08 tarixində arxivləşdirilib . İstifadə tarixi: 30 iyun 2016 .
↑ 1 2 3 4 5 6 "Türkiye terör kurbanlarını uğurluyor" . Doğan Xəbər Agentliyi. 30 iyun 2016. 2016-07-03 tarixində arxivləşdirilib . İstifadə tarixi: 30 iyun 2016 .
↑ ÇOBAN, Cengiz. "' Ciğerlerimi söktüler' " . Doğan Xəbər Agentliyi. 30 iyun 2016. 2016-07-01 tarixində arxivləşdirilib . İstifadə tarixi: 30 iyun 2016 .
↑ KAYA, Süleyman. "Bombalı saldırıda ölen taksici toprağa verildi" . Doğan Xəbər Agentliyi. 30 iyun 2016. 2016-08-15 tarixində arxivləşdirilib . İstifadə tarixi: 30 iyun 2016 .
↑ DEMİR, Ferit. "Terör kurbanı An, Tunceli Pertek'te toprağa verildi" . Doğan Xəbər Agentliyi. 30 iyun 2016. 2016-07-01 tarixində arxivləşdirilib . İstifadə tarixi: 30 iyun 2016 .
↑ 1 2 3 4 5 ALTUNCU, Özgür; ARSLAN, Özkan; KAYA, Süleyman. "Terör kurbanı yabancı uyruklu 5 kişi birlikte uğurlandı" . Doğan Xəbər Agentliyi. 30 iyun 2016. 2016-10-11 tarixində arxivləşdirilib . İstifadə tarixi: 30 iyun 2016 .
↑ "Atatürk Havalimanı saldırısında yaşamını yitirenler son yolculuklarına uğurlanıyor" . Anadolu Agentliyi. 30 iyun 2016. 2016-10-11 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2 iyul 2016 .
↑ YALÇIN, İhsan. "Terör kurbanı Hüseyin Öğretmen son yolculuğuna uğurlandı" . Doğan Xəbər Agentliyi. 30 iyun 2016. 2016-07-01 tarixində arxivləşdirilib . İstifadə tarixi: 30 iyun 2016 .
↑ ALAS, Enver. "Hain saldırıda bir kişi daha hayatını kaybetti" . Doğan Xəbər Agentliyi. 30 iyun 2016. 2016-10-05 tarixində arxivləşdirilib . İstifadə tarixi: 30 iyun 2016 .
↑ ÇAPA, Ezgi. "Muhammed Eymen Demirci son yolculuğuna uğurlandı" . Doğan Xəbər Agentliyi. 30 iyun 2016. 2016-08-03 tarixində arxivləşdirilib . İstifadə tarixi: 30 iyun 2016 .
↑ İPEK, Turgay. "' Prensesleri' gözyaşlarıyla uğurladı" . Doğan Xəbər Agentliyi. 1 iyul 2016. 2016-07-02 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2 iyul 2016 .
↑ AKTUĞ, Ufuk. "Kahraman gümrük muhafaza memuru Umut'u 10 bin kişi uğurladı" . Doğan Xəbər Agentliyi. 30 iyun 2016. İstifadə tarixi: 30 iyun 2016 .[ölü keçid ]
↑ Gallenkuş, Melike. "Atatürk Havalimanı saldırısındaki 3 canlı bombadan 2'sinin kimliği belirlendi" . Anadolu Agentliyi. 1 iyul 2016. 2016-07-02 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2 iyul 2016 .
↑ KOÇ, Yüksel. "' O teröristlerin' kimlikleri belirlendi" . Doğan Xəbər Agentliyi. 1 iyul 2016. 2017-04-19 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2 iyul 2016 .
↑ "Dünya liderlerinden saldırı sonrası net mesaj" . Haber7. 29 iyun 2016. 2016-06-30 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2 iyul 2016 .
↑ "Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana" . Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 29 iyun 2016. 2016-07-02 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2 iyul 2016 .
↑ "İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib" . Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 29 iyun 2016. 2017-05-05 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2 iyul 2016 .