Atelofobiya — özünü mühakimə etmə, narahatlıq, stress, qeyri-adekvat hiss etmə və özünə hörmətsizlik kimi müxtəlif psixoloji pozğunluqlara səbəb olan mükəmməllikçiliyin ifrat formasıdır.[1] Özünə hörmət və mühakimə qabiliyyətinin aşağı olması səbəbindən atelofobiyası olan insanlar qorxularını gücləndirirlər. Xəstəlikdən əziyyət çəkən insanlar çox vaxt qarşılarına qeyri-real məqsədlər qoyurlar. Keçmişdə etdikləri və ya gələcəkdə etməkdən qorxduqları səhvlərə görə peşman olurlar.[2] Səhv etmələrinə səbəb ola biləcək tapşırıqlardan qaça və ya tamamlaya bilmirlər. Atelofobiya uğursuzluq qorxusu olan atifobiyadan fərqlidir.
Səhvdən sonra ağır cəzaya məruz qalmaq kimi travmatik səbəb.
Ailədə başqa psixi sağlamlıq problemlərinin olması.
Digər fobiyaların və ya narahatlıq pozğunluqlarının olması.
Sizə mükəmməlliyə can atmağın öyrədildiyi və ya səhvlərin qəbuledilməz olduğu və etdiyiniz heç bir şeyin kifayət qədər yaxşı olmadığı bir ailədə/mühitdə böyümək.