Atik Mustafa Paşa Məscidi — və ya Kristos Pantepoptes Kilsəsi, İstanbulun mahalı. Orta Bizans dövrünə aid olan binanın köhnə adı “Kristos Pantepoptes”dir. Konstantinopolda binalar ya Sərbəst Xaç plan növü ilə, ya da Qapalı Yunan Xaçı plan növü ilə tikilirdi. Kristos Pantepoptes plan növü Kvadrat daxilində Xaç Planı və ya Qapalı Yunan Xaçı adlanır.[1]
Atik Mustafa Paşa Məscidi | |
---|---|
Ölkə | |
Üslubu | Bizans memarlığı |
Materialı | kərpic |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Binanın tarixi ilə bağlı bəzi şayiələr var.Onlardan biri; Xəlifənin bayraqdarı olan Cabirin növbəti fəth üçün Konstantinopola gəldiyi, fəth zamanı öldüyü və burada dəfn edildiyi ilə bağlıdır.[2] İstanbulun fəthi zamanı kilsənin vəziyyəti məlum deyil. Bəyazit dövründə bina məscidə çevrilmişdir. Məscidin içərisində Şərqi Roma dövrünə aid heç bir bəzək yoxdur. 1957-ci ildə Amerika Bizans İnstitutu tərəfindən binanın cənub tərəfindəki ağartma təbəqəsinin altından tapılan freskaların Ayios Kosma, Hagios Damianosa aid olduğu müəyyən edilmişdir.