Atilla Jorma — Finlandiya türkoloqu, dilçilik üzrə elmlər doktoru (2008), professor.
Atilla Jorma | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Finlandiya |
Vətəndaşlığı | Finlandiya |
Həyat yoldaşı | Sevil İrəvanlı |
Elm sahəsi | türkologiya |
Elmi dərəcəsi | dilçilik üzrə elmlər doktoru (2008) |
Elmi adı | professor |
Alma-mater | İstanbul Universiteti |
Atilla Jorma 1952-ci ildə Finlandiyada dünyaya gəlmişdir. Orta məktəbi bitirdikdən sonra 1976-cı ildə İstanbul Universiteti Ədəbiyyat fakültəsinin türk dili və ədəbiyyatı bölümünə daxil olmuş və 1982-ci ildə təhsilini tamamlamışdır.
1984-1987-ci illərdə Finlandiyada Türkü Universitetinin dilçilik bölümündə elmi işçi kimi çalışmışdır.
1984-1991-ci illərdə Finlandiya Türkü Universitetində türk dilindən dərs demişdir.
2008-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir.
Türkiyənin Ərdahan Universitetinin Çağdaş Türk ləhcələri və ədəbiyyatları bölümündə Xorasan türkcəsi, Türkmən, Qaqauz dili və ədəbiyyatından mühazirələr oxumuşdur.
Fincə-Türkcə, Türkcə-Fincə lüğət hazırlamışdır.
Fin, macar, holland, alman, ingilis dillərini bilir.
Atilla Jormanın türkoloji araşdırmaları olduqca əhatəlidir. Tədqiqatlarının müəyyən bir qismi türk dilinin tədrisi ilə bağlıdır. O, Bolqarıstandakı türk ədəbiyyatı haqqında ciddi araşdırmaların müəllifidir. Bununla yanaşı, Azərbaycan mühacirət ədəbiyyatı ilə bağlı xeyli araşdırma aparmış, Finlandiyada yaşamış Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi Mehmet Sadıq Aranın yaradıcılıq irsini tədqiqata çəkmiş, əsərlərini yayına hazırlamışdır. Onun türkoloji əsərləri, Finlandiya, Türkiyə, Azərbaycan və başqa ölkələrdə nəşr olunmuşdur.