Atira (qurban)

Atira (qurban) (ərəb: عتيرة) — müşrik ərəblərin Rəcəb ayının son on günündə "cahiliyyət dövründə" kəsdikləri keçi qurbanı. İslamın ilk illərində buna icazə verildi, lakin sonra ləğv edildi. Qurbanlıq heyvanlara "rəcəbiyyə" deyirdilər.

Müşrik ərəblər ya mal-qaranın sayının artması üçün dua etdikdən sonra, ya da mal-qaranın sayı yüzdən çox olduqdan sonra bütpərəst tanrılara şükür olaraq qurban kəsirdilər. Qurbanlıq heyvanın qanı bütün başına sürtülürdü.[1] Atiranın mənşəyi kiçik Həcc (Ümrə), həmçinin yəhudilərin Pasxa bayramı və yəhudilikdə günah keçisi ritualı zamanı baş verən qurbanlarla sıx bağlıdır. Qurbanı Məhəmməd peyğəmbər ləğv etdi.

  1. Муфтий Такы Усмани. "Месяц Раджаб". Ask imam.ru. 2013-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-18.