Atmosfer əlavələri

Atmosfer akustikası[redaktə | mənbəni redaktə et]

Akustikanın bir bölməsi; atmosferdə səs dalğalarının yayıl­masını öyrənir və atmosferi akustik üsullarla tədqiq edir. Atmosfer akustikasının mühüm vəzifələri atmosferin yer səthinə yaxın və yuxarı təbəqələrim tədqiq etmək, səs-küyün aradan qaldırılması yollarını, səs dalğalarının yayılmasını və s.öyrənir.

Atmosfer amili[redaktə | mənbəni redaktə et]

Atmosferin fiziki vəziyyəti və kimyəvi tərkibi ilə bağlı amil (atmosferin seyrəkliyi, temperaturu, tərkibi, çirklənməsi və i.a.).

Atmosfer buzu[redaktə | mənbəni redaktə et]

Buluddumanın tərkibində havanın yer səthinə, yerüstü əşyalara düşən sülb (bərk) halında olan su. Buludlardan qar, dolu, buzlu yağış və s. formalı Atmosfer buzu düşür; havadan şeh, qrov ayrılır.

Atmosfer çöküntüləri[redaktə | mənbəni redaktə et]

Buludlardan damcı (yağış) və ya bərk halda (qar, dolu) yerə tökülən və havadan yer səthinə və ya əşya üstünə çökən (şeh, qrov) su. Yağıntının miqdarı düşən suyun əmələ gətirdiyi qatın qalınlığı ilə, mm-lə ölçülür. Atmosfer çöküntüləri yer kürəsində qeyri-bərabər, lakin qanunauyğun paylanır. Azərbaycanda yağıntıların miqdarı və rejimi müxtəlifdir. Yağıntının orta illik miqdarı 110 mm-dən (Puta) 1750 mm-ə (Kəkiran, Lənkəran) dəyişir. Atmosfer çöküntüləri hava və iqlimin mühüm elementlərindən olub kənd təsərrüfatı üçün böyük əhəmiyyətə malikdir. Atmosfer çöküntüləri xüsusi cihazlarla (yağışölçən, plüvioqraf və s.) ölçülür. 

Atmosfer çöküntülərinin kimyəvi tərkibi[redaktə | mənbəni redaktə et]

Sənaye müəssisələri tullantıları məhsullarının fiziki və kimyəvi xas­sələri ilə təyin olunur. Atmosferin çirklənmə­sində onların təsiri sürətlə artmaqda davam edir.

Atmosfer elektriki[redaktə | mənbəni redaktə et]

Əsas məqalə: Atmosfer elektriki

Atmosferdə baş verən elektrik hadisələrinin məcmusu. Atmosfer elektriki nə atmosferin elektrik sahəsi, havamn ionlaşması və elektrik keçirməsi, buludların və yağıntıların elektrik yükü, elektrik cərəyanı və boşalmaları, o cümlədən ildırım və müqəddəs Elmanın işığı daxildir. Qütb şüalanması və gecə səmasının işığı da atmosfer elektriki ilə əlaqədardır.

Atmosfer faktoru[redaktə | mənbəni redaktə et]

Atmosferin fiziki vəziyyəti və kimyəvi tərkibi ilə əlaqəli faktor (temperatur, seyrəklik dərəcəsi, çirklən- diricilərin olması).

Atmosfer jizikası[redaktə | mənbəni redaktə et]

Atmosferdə baş verən fiziki proses və hadisələrdən bəhs edən elm; atmosferi təşkil edən qazların xassələrini, onların radiasiyasını udması və şüalandırmasını və buxarın kondensasiyasını, buludların və yağıntıların əmələ gəlməsini, atmosferdə baş verən hərəkətlərin müxtəlif formalarını, həmçi­nin bu hadisələr arasındakı asılılığı və s. öyrənir.

Atmosfer havasının çirklənməsi haqqında standart[redaktə | mənbəni redaktə et]

Havanın keyfiyyət göstəricisinə nəzarəti reqlamentləşdirən qayda. Müxtəlif təşkilat və idarələr buna əsaslaranaraq vahid unifıkasiya olunmuş metodika ilə havanın təmizliyinə nəzarət edir və müşahidə aparır.

Atmosfer havasının vəziyyətinin qiymətləndirilməsi[redaktə | mənbəni redaktə et]

Bir neçə il ərzində gündəlik müşahidələrlə inqrediyentlərin konsentrasiyasının orta yayılmasını səciyyələn­dirən havanın çirklənməsi göstəricilərinin ana­lizi əsasında aparılır.

Atmosfer şüalanması[redaktə | mənbəni redaktə et]

Atmosfer havasının kosmik fəzaya (keçən radiasiya) və Yer səthinə (qarşıdan gələn radiasiya Atmosfer şüalanmasının 70%-ə qədərini təşkil edir) yönələn xüsusi uzundalğalı (infraqırmızı) şüalanması. Atmosfer şüalanmasının uzunluğu 4-dən 120 mikrona qədərdir. Atmosfer şüalanmasında su buxan əsas rola malikdir.

Atmosferin çirklənməsinə nəzarət[redaktə | mənbəni redaktə et]

Atmosferdə olan zərərli qarışıqları təyin etmək və qiymətləndirmək, həmçinin havanın keyfiyyətini aşkar etmək üçün yerinə yetirilir.

Atmosferin çirklənməsinin nəticələri[redaktə | mənbəni redaktə et]

Atmosferi çirkləndirən mad­dələrin insanın sağlamlığına və bütövlüklə ətraf mühitə zərərli təsirinin nəticələri. Şəhər və sənaye rayonlarında atmosferin çirklənməsi müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Havanın çiirklənməsi ilə xroniki bronxit, ağciyərlərin emfizeması, astma və digər xəstə­liklərə tutulanların sayı arasında əlaqə aşkar edilmişdir. Havanın çirklənməsi nəticəsində meşə mas­sivləri, parklar, şəhər və iri sənaye obyektlərinə yaxın yerləşən kənd təsərrüfatı bitkiləri zədələ­nir. Atmosferdəki qarışıqların təsiri ilə bitkilərin uzunmüddətli zədələnməsi ilə yanaşı, çox vaxt toksik maddələrin qısamüddətli, lakin böyük həcmdə atılması nəticəsində geniş ərazilərdə bitki örtüyü məhv edilir. Havanın çirklənməsi yalnız canlı aləmə pis təsir göstərmir, həmçinin metalların karroziyasmı xeyli gücləndirir. Kimyəvi kombinatlar yerləşən rayonlarda kənd yerləri ilə müqayisədə dəmirin və alüminium qatışıqlarının korroziyasının sürətini dəfələrlə artınr. Havanın çirklənməsi mədəni abidələrə, yaşayış və istehsalat binalarına, müxtəlif mate­riallara böyük zərər yetirir.

Atmosferin çirklənməsinin təhlükəlilik dərəcəsi[redaktə | mənbəni redaktə et]

Zərərli mad­dələrin qatılığmın atmosferin yerüstü hissəsində hesablanmış yüksək qiyməti ilə təyin olunur (mqm3). Bu, tullantı yerindən bir qədər məsafədə təyin oluna bilər.

Atmosferin hərəkət mərkəzləri[redaktə | mənbəni redaktə et]

Özündən kənardakı ərazinin havasına və iqliminə güclü təsir göstərən xeyli sabit təzyiq sahələri. Daimi və mövsümi atmosferin hərəkət mərkəzləri vardır. Başlıca atmosferin hərəkət mərkəzləri bunlardır: Şimal ya­rımkürəsində: Azor, Honolulu və Arktika antisiklonları; İslandiya və Aleut siklonları; Mərkəzi Asiya və Şimali Amerika qış antisiklonları, Asiya və Şimali Amerika yay minimumları; Cənub yarımkürəsində: Cənub Anlantik okeanı, Cənub Sakit okeanı və Cənub Hind okeanı və Antarktida antisiklonları, Avstraliya, Cənub Amerika və Cənub antisiklonları yayda depressiyaya çevrilir.

Atmosferin radiasiya balansı[redaktə | mənbəni redaktə et]

Atmosferin radiasiya balansı-Yerin atmosferi tərəfindən udulan və şüalandırılan radiasiya axınlarının riyazi cəmi. Atmosferin radiasiya balansının gəlir hissəsini atmosfer tərəfindən udulan düz və səpələnmiş günəş radiasiyası və yer səthinin şüalandırdığı uzun- dalğalı radiasiya təşkil edir. Atmosferin radiasiya balansının çıxar his­səsi isə atmosferdən yer səthinə doğru yönəlmiş (qarşılaşan şüalanma) və kosmik fəzaya gedən uzundalğalı radiasiyadan ibarətdir.

Atmosferin radiaktivliyi[redaktə | mənbəni redaktə et]

Atmosferdə təbii və süni mənşəli radioaktiv qarışıqların miqdarı. Təbii mənbəli radioaktivli- yə yer qabığında yerləşən radioaktiv nuklid, uran, torium və aktiniumu göstərmək olar, onlar parçalanma prosesində atmosferə daxil olur. Təbii radioaktivliyin mənbəyinə həmçinin kosmik şüalar aiddir. Radioaktiv izotoplann antropogen mənbələri nüvə partlayışı, atom energetikası və sənaye sayılır. Atmosferdə radio­aktiv maddələr əsasən aerozollarda (tüstü, du­manın hissəciklərində) toplanır. Atmosfer radiaktivliyi üzrə müşahidələr bir çox ölkələrdə aparılır.

Atmosferin şəffaflığı[redaktə | mənbəni redaktə et]

Atmos­ferin radiasiya, o cümlədən görünən işığı bu­raxma qabiliyyəti. Atmosferin antropogen çirklənməsi (toz hissəcikləri, karbon qazı, kükürd, azot, aerozollarla) atmosfer şəffaflığını azaldır. Atmosferin şəffaflığının pozulmasının ən qlobal nəticəsi pamik effekti hesab olunur.[1]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət, Bakı 2008