Atmosfer – Yerin aerozol hissəciklərinin tərkibində olan qaz örtüyüdür. Yerlə birgə fəzada hərəkət edərək, eyni vaxtda Yerin fırlanmasında iştirak edir. Atmosferin dibində əsasən bizim yerdə həyatımız baş verir. Atmosferin yer kürəsində insanın həyatı və fəaliyyəti üçün əhəmiyyəti çox böyükdür. Əgər yerdə atmosfer olmasa idi, canlı aləm olmazdı. Atmosferin tərkibinə daxil olan qazlardan biri oksigen canlı aləmin nəfəs almasına və yanma prosesinə kömək edir. Karbon qazı isə bitkilərin, yarpaqların qidalanması üçün istifadə olunur və bitkilər tərəfindən atmosferə oksigen buraxılır. Atmosferin əsas qazı azot zülal və azotlu birləşmələrin tərkibinə daxil olub yerdə həyatın inkişafı ilə sıx əlaqədardir. Atmosfer Azotun, Oksigenin, Arqonun, Neonun və başqa qazların sənaye üsulu ilə alınmasında tükənməz rol oynayır. Atmosfer gündüzlər yerin günəş şüaları tərəfindən hədsiz qızmasının, gecələr isə hədsiz soyumasının qarşısını alır, eyni zamanda canlı orqanizmləri günəşin ultrabənövşəyi və kosmik şüalarından qoruyur.[1]
Atmosfer fizikası – atmosferin dinamik və termodinamik məsələlərini, optikasını və atmosfer cərəyanını öyrənir.[2]
Atmosfer,Atmosfer quruluşu, Atmosferin kütləsi
Atmosferin təbəqələrə bölünmə prinsipləri