Ümumi atmosfer dövranı iqlim yaradan amillərdən biridir. Coxillik iqlim yaradan amillərdən biridir. Çoxillik iqlim dəyişmələrini hərtərəfli tədqiq etmək üçün müxtəlif zaman intervallarında dayanıqlıq halını saxlayan və böyük coğrafi əraziləri əhatə edən makroproseslərin dəyişilmə qanunauyğunluqlarını bilmək olduqca vacibdir.[1]
İlk dəfə olaraq 1896-cı ildə Van –Bebber Avropa sinoptik rayonunda müşahidə olunan sinoptik prorseslərin təsnifatıını vermişdir. Böyük rus alimi B. P. Multanovski və onun tələbələrinin apardıqları tədqiqatlarda irimiqyaslı atmosfer hərəkətlərinin ümumiləşdirilməsinə və tipləşdirilməsinə böyük yer ayırmışlar. Multanovski müəyyən etmişdir ki, tədiqat aparan rayonun bir hissəsində siklon mərkəzlərinin, o biri hissəsində isə antisiklon mərkəzlərinin konsentrasiyası müşahidə edilir. Bu hal adətən 5–7 sutka davam edir. Multanovski by muddəti təbii sinoptik dövr adlandırmışdır.[2]
Atmosferin ümumi sirkulyasiyası, Atmosfer sirkulyasiyasının əsas xassələri