Qaztəmizləyən və toztutan qurğular - texnoloji və sanitar qurğulara bölünür[1].
Qazlann texnolorji təmizlənməsi metodları onların maye və ya bətkuducularla qarşılıqlı əlaqə proseslərinə , həmçinin zəhərli qalıqlann yüksək temperatur şəraitində və ya katalizatorların təsirilə toksik olmayan birləşmələrə çevirən kimyəvi proseslərə əsaslanır. Azot oksidlərinin bərpası katalitik metodu azot turşusu alman bir neçə sistemdə istifadə olunur. Bu zaman palladili alyuminium oksidi əsasında katalizatorlardan istifadə edilir. Sənaye tullantılarının kükürd anhidridindən təmizləmə metodlanndan aşağıdakıları göstərmək olar.
Amonyak metodu - bu metodla qazları SO2 - dən təmizlə¬məklə amonium - sulfid və amonium — bisulfat alınır. Bunlardan da satış məhsulu kimi istifadə olunur, yaxud turşu ilə parçalanaraq yüksək konsentrasiyalı SO2- və münasib duzlar əmələ gəlir.
Kükürd anhidridini neytrallaşdırma metodu - ilə eyni vaxtda sulfid və sulfatlar alınaraq qazlardan yüksək təmizlənmə dərəcəsini təmin edir.
Katalitik metodlar - katalizatorların iştirakı ilə kükürd anhidri- dinin oksidləşməsinə əsaslanır, bu zaman duru sulfat turşusu alnır. Göstərilən kükürd anhidridindən təmizləmə metodları yerli şərait, uducuların mövcudluğu və alman məhsullara olan tələbatı nəzərə alaraq seçilməlidir.
Qazlardan tozu təmizləmək üçün aşağıdakı üsullardan istifadə olunur:
Mərkəzdənqaçma tipli enersiya cihazlarından ən geniş yayılan siklonlardır. Praktikada müxtəlif siklonlardan istifadə olunur. Çoxlu həcmdə qazların təmizlənməsi üçün nisbətən kiçik diametirli siklon qrupları, yəni batareyalı siklonlar qoyulur. Onlar bir korpusda birləşən çoxlu miqdarda paralel düzülən siklon elementlərindən ibarət olub ümumi qazgətirmə - qazötürmə kollektoruna və tozlan toplayan ümümi bunkerə malik olur. Sənaye qazlarım asılı hissəciklərdən təmizləmək üçün yaş üsul ən sadə və effektiv üsullardan hesab olunur, son illər bu üsul dünyada ən geniş yayılmışdır.Qazlann yaş təmizləmə cihazları yüksək effektli olmaqla yanaşı, həm də quru təmizləmə cihazlarına nisbətən ucuz başa gəlir.