Atoll

Atoll – tropiklərdə yayılmış daxili laqunu ensiz həlqəvi rif əhəngdaşı tirəsi şəklində (mərcan səddi) qapayan mərcan adası. Atoll adətən sualtı vulkanın zirvəsi üzərində inkişaf edir. Tirənin xarici yamacı çox dik (45°-60°) olur. Həlqənin daxilində adətən ləpədöyən bənd və çimərlik, qumlu dayazlıq, sualtı platonu dövrələyən laqun yerləşir. Atoll su səthindən bir neçə m hündürlüyə qalxır. Eni müxtəlif olub, 90 km-ə çatır. Atoll mərcanların, karbonat-su yosunlarının, mamırabənzərlərin həyat fəaliyyəti nəticəsində yaranır. Sinonim: Həlqəvi rif. Mərcanların əsasını adətən sualtı vulkanların əsası təşkil edir. Atollun hündürlüyü 7 m-ə qədər, diametri isə bir neçə km-dən 90 km-ə qədər ola bilər. Atollar SakitHind okeanlarında daha çoxdur.

Atoll çöküntüləri

[redaktə | mənbəni redaktə et]

Karbonatlı çökmələr kompleksi; bu kompleksə həlqəvi riflərin monolit çökmələri, xarici tərəfin kövrək çökmələri, habelə laqun çökmələri daxildir.

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]