Atrabank

Atrabank - Azərbaycanda fəaliyyət göstərmiş kommersiya bankı.

Atrabank Açıq Səhmdar Cəmiyyəti 1992-ci ilin dekabr ayında yaradılmışdır. Əvvəl “ATRA” Səhmdar Kommersiya Bankı kimi fəaliyyət göstərmişdir. 29.08.2005-ci il tarixdən isə “ATRABANK” Açıq Səhmdar Cəmiyyəti kimi öz fəaliyyətini davam etdirmişdir.

Artıq 15 ildir ki, Atrabank Azərbaycanın bank bazarında öz mövqeyini möhkəm saxlayır. Bu vaxt ərzində Bank daimi inkişaf edir və həmişə müasir tələblərə tamamilə cavab verən bir maliyyə struktur olaraq öz müştərilərinin zövq və etibarını doğruldur.

Bankın müştəriləri həm fiziki şəxslər, həm də özəl şirkətlərdir. İldən ilə artan müştərilərin sayı Bankın əsas iş prinsiplərinə qüvənir. Bankla Müştəri arasında qarşılıqlı etibar, kommersiya sirri və korporativ məlumatların yüksək dərəcəli saxlanması, hər müştəriyə fərdi yanaşma, xidmətlərin geniş çeşidi, göstərilən xidmətlərin və əməkdaşların yüksək səviyyəsi – bunların hamısı, əlbəttə, müştəri üçün çox vacib və etibar yaradan amillərdir.

“ATRABANK” ASC Azərbaycan Respublikasının Ticarət-Sənaye Palatasının, Azərbaycan Respublikasının Banklar Assosiasiyasının, VISA İnternational Beynəlxalq Ödəmə Sisteminin, SWIFT Ümumdünya banklararası maliyyə telekommunikasiyalar cəmiyyətinin üzvüdür.

“ATRABANK” ASC-nin kapitalında mühüm iştirak payına malik olan səhmdarların siyahısı və onların iştirak payları aşağıda göstərilir:

  • Nəbiyev Elmixan Nəbi oğlu - 18,7%;
  • Nəbiyev Pərvin Elmixan oğlu - 19,7%;
  • Nəbiyeva Xuraman Qurban qızı - 13,3%.

Bankın minoritar səhmdarların sayı 21 nəfər təşkil edir. Onların bankın kapitalında ümumi payı 4,59%-dir.

Bankın son maliyyə ili üzrə auditini həyata keçirən kənar auditor haqqında məlumat, onun seçilməsi qaydası və meyarı:

Bank 1998-ci ildən kənar audit tərəfindən audit olunur:

  • 1. "KPMG" - 1998-ci ildən 2002-ci ilə qədər;
  • 2. "Deloitte & Touche" MMC - 2002-ci ildən 2006-cı ilə qədər;
  • 3. "Baker Tilly" Az. MMC - 2007-ci il üzrə; 4. "RSM Kapital Karden" MMC - bağlanmış müqaviləyə əsasən 2008-ci il üzrə audit aparacaq.

Xarici auditin seçilməsi bankda Audit Komitəsi yaranana qədər İdarə Heyəti tərəfindən həyata keçirilirdi. Audit Komitəsi yarandıqdan sonra Komitənin təklifinə uyğun audit seçilir. Seçimdə əsas məqsədlərdən biri onun dünya miqyasında tanınması və tutduğu yer nəzərə alınır. Bundan başqa, ona çəkilən xərc də nəzərə alınır. Belə ki, Audit Komitəsinin xarici auditlərlə apardıqları danışıqlar analiz edilir və yuxarıda göstərilən şərtlər daxilində xarici audit seçilir.

Bank fəaliyyətinin əsas istiqamətləri kənd təsərrüfatı sahəsi, tekstil və neft sənayelərinin inkişafına yönəldilib.

Hal-hazırda bankın Bakıda 5, Azərbaycanın bölgələrində isə 3 filialı fəaliyyət göstərir.

Xarici Keçidlər

[redaktə | mənbəni redaktə et]