Attestat (lat. attestor – şəhadət verirəm, təsdiq edirəm; attestari – şəhadət vermək) — 1) müəyyən məktəbi bitirdiyi və vəzifə daşımağa səlahiyyəti olduğu haqda verilən şəhadətnamə; 2) orta məktəbi bitirmək və ya xidmət haqqında şəhadətnamə; 3) elmi rütbə verilməsi haqqında sənəd; hərbidə: 4) ezamiyyətə göndəriləndə müxtəlif növ ərzaqla təmin edilməsi üçün hərbi xidmətçiyə verilən vəsiqə; 5) qanun yol verdiyi zaman hərbi qulluqçuya düşən maaşın bir hissəsini hər ayda almaq üçün ailəsinə verilən vəsiqə; 6) ezamiyyə və ya yeni yerə köçürülməsi barədə hərbi qulluqçuya verilən şəhadətnamə.