"Auditor" (rus. Аудитор) — Rusiyada elmi jurnal, audit haqqında ilk dövri nəşrlərdən biri. 1994-cü ildən nəşr olunur. Auditorlar və məsləhətçilər, mühasiblər, vergi və maliyyə xidmətlərinin işçiləri, bütün mülkiyyət formalı müəssisələrin rəhbərləri, müəllimlər, elmi işçilər və iqtisadi ixtisaslar üzrə tələbələr üçün nəzərdə tutulmuşdur. 2010–2011-ci illər üçün Rusiya Təhsil və Elm Nazirliyinin Ali Attestasiya Komissiyasının elmi jurnallarının siyahısına daxil edilmişdir. Burada elmlər doktoru və namizədi alimlik dərəcəsi almaq üçün dissertasiyaların əsas elmi nəticələri dərc edilməlidir.[1] Rusiya Elm İstinad İndeksinə daxildir.[2]
Auditor | |
---|---|
Dil | rus dili |