Audoin qağayısı

Ada qağayısı
Korallenmöve Gruppe.jpg

Audoin qağayısı (Larus audouinii), qağayıgillər (Laridae) nəslindən bir qağayı növü. Adını Fransız təbiətşünas Jean Victoire Audouindən almışdır.

Təsvir[redaktə | mənbəni redaktə et]

Audoin qağayısı IUCN 2004 Qırmızı Siyahısında NT (Near threatened: Hal-hazırda təhlükədə olmayan lakin yaxın gələcəkdə VU, EN və ya CR kateqoriyasına girməyə namizəd olan növ) olaraq təsnif edilmişdir.

Tipik qağayı rəngi olan qara, ağ və boz rəngləri daşıyan ada martısının ən fərqləndirici xüsusiyyəti tünd rəng gözləri və qan qırmızı dimdiyidir. Başı və gövdəsi ağ, qanadları boz və quyruğu qaradır. Bu qağayı növü sarı qıçlı qağayıya (Larus michahellis) bənzər amma qara qıçları ilə fərqlənir. Balaları qəhvəyi tərs olar, yaşları irəlilədikcə ağa dönür.

Yaşayış[redaktə | mənbəni redaktə et]

Qayalıq sahillərdə və ya kiçik adalarda koloniya halında və ya tək görülürlər, yerə etdikləri yuvalarına 2-3 yumurtanı qoyarlar. Digər qohumlarının əksinə, okeanlar yerinə sahillərə yaxın yaşamağı seçərlər.

Biologiya[redaktə | mənbəni redaktə et]

Mart sonu ilə Aprel başında artıma yerlərinə gələrək koloniyalar əmələ gətirirlər. Hər cüt sədaqətlə eyni koloniyaları geri dönər amma yuva edilən yerlər bir əvvəlki ilin müvəffəqiyyət vəziyyətinə görə dəyişə bilər. Aprel sonu May əvvəllərində 2-3 dənə yumurta edərlər və dişilər 3 həftə boyunca kürtə yatar. Balalar böyüyüb uçmağa başlayınca İyun ortası qışlama yerlərinə dönərlər.

Dağılımı[redaktə | mənbəni redaktə et]

Həyat sahəsi Aralıq dənizi ilə məhdud olan tək qağayı növüdür. Başlıca həyat sahələri İspaniya, Əlcazair, Yunanıstan və İtaliyanı. Fransa, Kipr, Xorvatiya, Türkiyə, Tunis və Mərakeşdə daha kiçik koloniyaları var. Artıma mövsümünün sonunda Afrikanın şimal və Qərb sahillərinə köç edərək, qışı buralarda keçirirlər. 1975-ci ildə yalnız 1000 cüt Audoin qağayısı varkən, balıq endüstrisindeki tullantıların miqdarının artımı sayəsində populyasiya 19,000 cütün üzərinə çıxmışdır.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]