Aurous — 120-dən çox mənbədən istifadə edən pulsuz musiqi axını veb saytı. Jurnalistlər bu saytı lisenziyasız film və televiziya verilişlərini müstəqil şəkildə nümayiş etdirə bilən veb sayt olan Popcorn Time saytı ilə müqayisə edirlər.[1][2] Sayt fəaliyyətə başlayandan bir neçə gün sonra Amerika Səsyazma Sənayesi Birliyi tərəfindən məhkəməyə verilmişdir.[3][4][5][6]
Aurous iki aydan az bir müddətdə fəaliyyət göstərdikdən sonra bağlanmışdır. Mülkiyyətin hamısı isə birliyin nəzarəti altına keçmişdir.[7]