Autofobiya

Autofobiya — təcridolunma fobiyası və ya tək qalma qorxusudur. Zərərçəkənlar fiziki olaraq tək deyillər, lakin onlar inanırlar ki, başqaları onlara qarşı etinazsızdır, sevilmirlər və xəbərsiz gələn adamlar onları qorxudur.

Autofobiya bədii mətnlərdə "kimsə tərəfindən" mənasında işlənir və kimdənsə qeyri-ixtiyari olaraq qorxmaq deməkdir. Bu, bəzən özünə nifrətlə əlaqədar olur. Autofobiya digər psixoloji pozğunluqların simptomu ola bilər və ya bir şəxsdə psixoloji problemlərin yaranmasının göstəricisi ola bilər. Bu, həmçinin kiməsə inanmamaq, arxalana biləcəyi kiminsə olmaması və ya dostunun olmaması deməkdir...

Simptomlar[redaktə | mənbəni redaktə et]

Autofobiyadan əziyyət çəkən insanlar xəstəliyin simptomlarını büruzə verə bilər, lakin bundan əziyyət çəkdiklərinin fərqində olmaya bilərlər. Autofobiyanın simptomlarına daxildir:

  • Şəxs tənhalıq haqda düşünəndə qeyri-ixtiyari qəzəblənir.
  • Düşünür ki, onun tək olmaması üçün kimsə nəysə etməlidir.
  • Tək qalmağı bacarmamaq və ya təkliyin öhdəsindən gələ bilməmək.
  • Yanında başqalarının olması ehtiyacı.
  • Kiməsə bağlana bilməmək, kimisə itirmək qorxusu.

Səbəblər[redaktə | mənbəni redaktə et]

Autofobiyaya yaxın bir insan, məsələn, həyat yoldaşı tərəfindən tərk edilmək səbəb ola bilər.